İŞİD-ə avtomobil satan şəxs saxlanıldı
500 avtomobili İŞİD-ə satan şəxs hüquq
mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı ələ keçirilib.
Məlum olub ki, Həsən Səid adlı şəxs Türkiyənin müxtəlif bölgələrindən
saxta şəxsiyyət vəsiqələri ilə icarəyə götürdüyü avtomobilləri Suriyaya
aparırmış. Vəziyyətdən şübhələnən Adana polisi isə əməliyyat keçirib.
Nəticədə, Həsən Səid Suriyaya qaçarkən tutulub.
Üzərinə baxış keçirilən zaman şüphəli şəxsdən sənədsiz tapança götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14263