Olimpiya çempionu “sürücü ovu”nda

06.12.2014 - 18:07

Polis kapitanı Elnur Məmmədli pərdəli maşın sürən sürücünü cərimələdi.

Dekabrın 6-na keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi
rəhbərliyinin də iştirakı ilə genişmiqyaslı reyd keçirilib. Reyddə
tanınmış idmançı, olimpiya çempionu Elnur Məmmədli də iştirak edib.

Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan
Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət
nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə
yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb.
Zərifə Əliyeva küçəsində – “Hilton” otelin qarşısında “Range Rover”
markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur
Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub.
Avtomobildəki pərdələr isə yığışdırılıb.

Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə
fikrini belə əsaslandırıb: “Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm,
sizsə məni çəkib efirə verirsiz. Belə olmaz axı” (avtosfer.az).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14264

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031