Rusiya şirkətindən ARDNŞ-ə ölümcül zərbə

“Cənub axını” qaz kəməri layihəsinin tikintisinin dayandırılması əslində
Avropa bazarında işləmək üçün yeni modelin tətbiqi yönündə addımdır. A.Miller prezident Vladimir Putinin Ankaraya
səfəri zamanı elan etdiyi, hələ də beynəlxalq gündəmin əsas
mövzularından biri kimi qalan sensasion qərarı “Vesti”yə şərh edərkən bu
haqda bildirib.
“Qazprom” təxminən “Cənub axını”nın gücündə yeni qaz kəmərini Türkiyəyə
çəkəcək. Nəticədə Ukraynanın Rusiya qazının tranziti baxımından
əhəmiyyəti sıfra bərabər olacaq. A.Miller
həmçinin “Qazprom”un taktikasında ciddi dəyişiklik edildiyini, Rusiyanın
qazı Avropada birbaşa istehlakçılara yox, Türkiyənin Yunanıstanla
sərhədində satacağını bildirib. O deyib ki, yeni kəmərlə nəql olunacaq
qaz Türkiyə-Yunanıstan sərhədində satılacaq.
əgər alıcı istəyirsə ki malı onun evinə çatdırsınlar, o zaman görünür,
o, geyinib mağazaya getməli, qışda isə daha qalın geyinməlidir. Əlbəttə,
bu zaman özü ilə üçüncü enerji paketini (Avropa İttifaqının enerji
paketi nəzərdə tutulur-red.) götürə bilər. Əsas məsələ odur ki, paket
boş olmasın. Bizim nümunəmizdə isə mağaza qazın təhvil verildiyi
meydança, ticarət meydançasıdır” – deyə A.Miller bildirib.
rəhbəri xatırladıb ki, Rusiya qazının Avropaya istiqamətlənməklə yeni
marşrutla Qara dənizin dibindən Türkiyəyə nəqli, “Cənub axını” kəmərinin
marşrutunun dəyişdirilməsi iki prezidentin – Putinin və Ərdoğanın
qərarıdır. A.Millerin sözlərinə görə, “Qazprom”
bu qərardan ziyana düşməyib. “Cənub axını” layihəsinə 4 milyard dollar
yatırılıb, həmin vəsaitə qazın Krasnodar vilayətinə nəqli üçün kəmər və
kompressor stansiyası tikilib. Bütün bu infrastruktur boşa getməyəcək və
Türkiyəyə çəkiləcək yeni kəmər üçün istifadə olunacaq.
isə “Cənub axını”nın dayandırılmasından 3 milyard avro investisiyadan,
həmçinin ildə 18 milyard kubmetr qaz nəqlinə görə tranzit gəlirlərindən
məhrum olacaq. “Çünki Rusiya qazı Makedoniya və
Yunanıstan üçün Türkiyə üzərindən nəql ediləcək. Türkiyə isə qazandı.
Avropa İttifaqı, Avropa Komissiyası sadəcə olaraq Türkiyəyə qaz
ventilini hədiyyə etdi. Və mən hesab edirəm ki, Türkiyə bu şansdan
Avropa ilə ikitərəfli danışıqlarda yararlanacaq. Rusiya isə qaz
biznesində yeni strateji tərəfdaş əldə etdi” – deyə Miller əlavə edib.
rəhbəri gələcəkdə Ukrayna üzərindən qaz tranzitini dayandıracaqlarını,
Avropaya qazın “Şimal axını” kəməri və Türkiyədən çəkiləcək yeni kəmərlə
ötürüləcəyini deyib: “Ukraynanın daxili tələbatı üçün lazım olan həcmdə
qazı isə əlbəttə ki, nəql edəcəyik”. Putinin “Cənub axını”nın istiqamətini dəyişdirməsi və
Türkiyəyə Qara dənizin dibindən yeni iri qaz kəmərinin çəkilməsinə dair
razılaşma Azərbaycan qazının tranzitinə və satış bazarına da birbaşa
təsir edəcək. Çünki Millerin də dediyi kimi, Türkiyəyə çəkiləcək yeni
kəmərlə nəql olunacaq Rusiya qazı Yunanıstanla sərhəddə satışa
çıxarılacaq. TANAP-la nəql olunacaq “Şahdəniz” qazı da Avropaya
Yunanıstan üzərindən çıxmalıdır.
ARDNŞ Azərbaycan qazının Yunanıstanda əlverişli satış bazarına malik
olmaq üçün bu ölkənin qaz kəmərləri sisteminə nəzarət edən DESFA
şirkətini 450 milyon avroya almağa razılıq vermişdi. Lakin bu günlərdə
Avropa Komissiyası bildirdi ki, DESFA-nın səhmlərinin üçdə ikisinin
ARDNŞ-ə satılmasına dair bağlanmış müqaviləni təsdiqləməyə bilər. Çünki
bu sövdələşmə ARDNŞ-in Yunanıstan qaz bazarında inhisarçıya çevrilməsinə
səbəb olacaq.
şəkildə dəyişir. Rusiya yeni marşrutla Türkiyə üzərindən Yunanıstan
sərhədinə böyük həcmdə qaz çıxaracaq və deməli, qiymətləri də diqtə
etmiş olacaq. Azərbaycan TANAP-la Türkiyə üzərindən Avropaya ildə 10
milyard kubmetr qaz nəql etməyə hazırlaşırdısa, Rusiyanın planları ildə
40-60 milyard kubmetrdir.
Türkiyə həm daxili tələbatını ödəmək üçün qazı Rusiyadan, deməli, həm də
rəqabət nəticəsində başqa təchizatçılardan ucuz ala biləcək, həm
tranzit şərtlərini diqtə edəcək. Yəni Avropa İttifaqının “Cənub axını”na
qarşı təzyiqlərinin nəticələrindən bütün parametrlər üzrə udan tərəf
ancaq Türkiyədir. Rusiya isə çox şey itirmir və Türkiyəni yeni qaz
tərəfdaşı kimi öz tərəfinə çəkərək siyasi dividendlər əldə edir.
isə belə görünür ki, Avrasiya regionunda enerji kartlarını büsbütün
qarışdıran bu qərardan sonra mövqelərini əldən verməmək üçün enerji
strategiyasında düzəlişlər edə bilər. Məsələn, Azərbaycan üçün indi
Mərkəzi Avropa ölkələrinə, məsələn, Macarıstana qaz satmaq imkanı
yaranır.
Macarıstana idi və Azərbaycan Mərkəzi Avropada Rusiyanın bazarına girə
bilməzdi. İndi isə vəziyyət dəyişib – Rusiya yeni kəmərlə Avropaya
cənubdan daxil olmağa hazırlaşır.(virtualaz.org)
saytı xəbər verir ki,
saytı xəbər verir ki,
Short URL: http://www.cumhuriyyet.net/?p=14274