Şəmkir polisi cinayətkarları niyə tutmur – VİDEO

12.02.2020 - 15:11

pRedaksimıza maraqlı məlumat daxil olub. Adının çəkilməsini istəməyən şəxs cumhuriyyet.az-a bildirib ki, bugünlərdə Şəmkir rayonu ərazisində vəhşi olay baş verməsinə baxmayaraq rayon polisi hərəkətə keçməyib. Belə ki, Şiştəpə kəndinin üç sakini, Zaur, Zabil və Bəylər qardaşları Şəmkir rayon sakinləri, Orxan və Şirxan Aşurəliyev qardaşlarını fərdi əməklə bağlı İrmaşlı kəndinə çağırıblar. Kəndin girişində onları qarşılayan Aslanovlar dərhal silaha əl ataraq onları diz üstə çökdürüb vəhşicəsinə döyüblər. Etdikləri hərəkətləri videoya çəkərək onları tanıyanlar arasında yayıblar.
Bundan sonra döyülən və təhqir olunan Aşurəliyev qardaşları polisə müraciət etsələr də cinayətkarlar hələdə azadlıqda gəzir. Məlumatlı mənbənin bildirdiyinə görə bu qardaşlardan nəinki Şiştəpə camaatı, rayon sakinlərinin hamısı çəkinir. Onların olduğu kafe-restoranlara, çayxanalara qorxusundan heç kim girmir. Araşdırmalarımız zamanı məlum oldu ki, Aşurəliyev qardaşlarını işgənçəylə döyənlərdən biri, Aslanov Zaur bir müddət əvvəl silah və narkotika ilə əlaqədar Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılılaraq istintaq müddətində Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib. Yaxınlarda isə naməlum səbəbdən İstintaq Təcridxanasından zaminə götürülərək azadlığa buraxılıb. Maraqlı burasıdır ki, qardaşların yenidən torətdikləri hadisədən hüquq mühafizə orqanlarının xəbəri olsa da nə Zaur Aslanovla, nə də qardaşları ilə bağlı heç bir tədbir görülməyib.
Nəzərə alsaq ki, Vilayət Eyvazov nazir təyin edildikdən sonra cinayətkarlığa qarşı və bütün DİN strukturlarında pozitiv canlanma var, bəzi idarə və şöbələr köhnə ənənəlirdən əl çəkmək istəmir. Görünən odur ki, polis hələdə faktları yuxarılardan gizlədə bilir. Əks təqdirdə cinayətkarlara qarşı qəddarlığı ilə tanınan cənab general baş vermiş bu olaya etinasız qala bilməzdi. Onu da bildirək ki, bu şəxslərlə bağlı daha dörd nəfərin şikayəti var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142746

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930