Diktatorların yemək zövqu: Adam ətindən xoşlananlar da olub

07.12.2014 - 01:37

Belə bir söz var: “Nə yeyirsənsə, osan”. Bir də nə yemək və kimlərlə yemək məsələsi var. “Yemək əhavalınızı, mədə-bağırsağınızı və dünyagörüşünüzü
təsirləndirə bilər”, – “Diktatorların şamı: Qəribə tiranların pis yemək
zövqünə dair məlumatlar” kitabının müəllifləri Victoria Clark və Melissa
Scott yazır.

Yemək-içmək, həmçinin qarın və qarınqululuq əsri olan zəmanəmizdə biz
20-ci əsrin ən pis diktatorlarına onların mətbəx tərəfini araşdıraraq
nəzər yetirmişik. Onların insani tərəfinə diqqət çəkməklə cinayətlərini
yumşaltmaq məqsədi güdmədən biz onlara sadəcə adi insan ölçüsündə baxmaq
istəmişik. İnsan və div arsasındakı sərhəd isə doğrudan da çox nazik
ola bilərmiş.

Bu da deyilməlidir ki, şər işlər və özündən müştəbehlik, habelə
bunların yaratdığı fiziki quruluş, adət və vərdişlər hər hansı ərzaqın
qəbulu ilə bağlı deyildir.

Koreya liderinin düyü sirri

Bir çox diktatorlar yaşa dolduqca yediklərinin təmizliyi barədə
getdikcə daha çox vasvası olublar. Şimali Koreyanın lideri Kim
Il-Sung-un yediyi aşın düyüləri yeganə funksiyası onun ömrünü uzatmaq
olan institut tərəfindən bir-bir seçilib və yetişdilirib. Rumıniya Kommunist Partiyasının rəhbəri Nicolae Ceausescu qonağı
olduğu xarici liderləri özü ilə gəzdirdiyi yeməklərlə əsəbiləşdirərmiş.
Onun Allah eləməmiş ağzına bərk nəsə getməməsi üçün tərəvəz şirəsini
samanla içməkdə israr etməsi qonşu Yuqoslaviyanın lideri Titonu şoka
salıbmış.

Bizim diktatorlarımızın əksəriyyəti fağır kəndli tayfasından
olduqlarına görə, ən sevdikləri yeməklər də adətən elə həmin mühitə aid
olub.

Krallara və səhnə ulduzlarına dəbdəbəli qonaqpərvərliyi ilə tanınan
Titonun özü heç bir yeməyi bir dilim isti donuz piyinə dəyişməzmiş.
Ceausescu isə evdə tək olanda ayaqlı, dimdikli bütöv toyuğun
pörtləməsindən ləzzət alarmış.

Siyənək balığı Portuqaliya diktatoru, mömin katolik Antonio Salazarın
yadına yoxsul uşaqlıq illərini salarmış və hətta balaca siyənəyi
qardaşı ilə bölməsinin xiffətini çəkərmiş.

Bir sıra ən qəddar diktatorlar – Adolf Hitler, Mao Zedong və Benito
Mussolini hesab edərmişlər ki, üzərlərinə düşən vəzifənin nəhəngliyindən
doğan məsuliyyət onların həzm sisteminə zərbə vurur.

Qarın köpündən əziyyət çəkənlər

Hitlerin xronik qarın köpməsindən əziyyət çəkməsi bəlkə də onun
vegetarianlığına səbəb olub. Hitler özünün türkəçarə həkimi Theodore
Morrellin, bolqar qırqovulunun zığı da daxil olmaqla 28 müxtəlif
dava-dərmanını müqavimətsiz qəbul edərmiş.

Digər tərəfdən qarnının köpməsi ilə məşhur olan Müəmmər Qəzzafi belə görünür, xəstəliyini çox da vecinə almırmış.

İkinci Dünya Müharibəsinin ortalarında Mussolinini müayinə edən
nasist həkimlərdən biri onun qorxulu şəkildə qəbiz olduğunu söyləyib.

Mao Zedongun ayaqyolu problemi

Ətli xörəklərin məftunu Mao Zedong daim bağırsaqlarındakı hərəkətin
şəhidi olmuşdu. Hələ cavan yaşlarında bir yoldaşına yazdığı məktubunda
sevinclə qeyd edirdi: “Çox yeyirəm, çox da ayaqyoluna gedirəm”.

Çox sonralar Moskvada Stalinlə görüşə gedəndə isə burada ayaqyolu
problemi yaranmışdı. Moskvada onun adətincə çömbələ otura biləcəyi
tualet yox idi.

Stalinin ziyafət işgəncəsi

Yoldaş Stalinin xarakteri yəqin ki, polad adı qədər möhkəm olub.
Lakin Kuntsevo daçasında gürcü təamları ilə zəngin yemək saatları onun
başqalarını dolamaqla əyləndiyi vaxt idi.

Axşam saat 11-dən səhər saat 5-ə qədər davam edən beş-altı saatlıq
qonaqlıqlarda içki yarışlarında, mahnı oxuyub-rəqs etməkdə iştirak
icbari olduğundan bu ziyafətlər başqaları üçün bir işgəncəyə
çevrilərmiş.

Həddən ziyadə içki, iflic edən qorxu və qəddar zarafatlara tuş
gəlməsi bir dəfə Nikita Xruşşov kimi yeyib-içən bir adamı lərzəyə
gətirib sarsıtmışdı. Yoldaş Titonun sağlıqları bəzən öz pencəyinin
qollarını qusub-batırması ilə müşaiyət olunarmış.

Ferdinand və Imelda Marcos Stalinlə müqayisədə bir qədər daha az
qəddar hakimiyyət nümayişi edərmişlər. İmelda bir dəfə öz ərinin ad günü
münasibətilə Filippinin ordusunun bütün ali komandanlığının qadın
paltarları geyinməsini əmr etmişdi.

Deyilənlərə görə son dərəcə vasvası vegetarian olan Hitler yemək
masası arxasında Ukrayna sallaqxanalarında çıxarılan hoqqalardan elə
iyrənc şeylər danışarmış ki, onun ətyeyən qonaqlarının ödləri ağızlarına
gələrmiş.

Adm əti yeyən diktator

Eşidəndə adamın tükləri biz-biz olur. Amma Cənubi Afrika
Respublikasının başçısı Jean Bedel Bokassa, Uqanda diktataru, Amin və
Ekvatorial Qvineyanın rəhbəri Francisco Nguemanın kannibalizmindən çox
güclü şübhələr mövcuddur.

Biz əlbəttə, bu yazıda düyü ilə doldurulmuş və araq odunda
qızardılmış insan şaqqasının reseptini verə bilməyəcəyik, lakin
Bokassanın keçmiş aşpazı belə bir yemək hazırladığını yazır, hərçənd
bişirlilən adamın cinsiyyətini xatırlamır.

Bütün dadabaxanlar öldürülüb

Xörək dadabaxanları bizim personajlarımızdan ən qəddarlarının və
vasvasılarının həyatında əvəzedilməz funkasiya yerinə yetirir və yüksək
qiymətləndirilirdilər. Bütün müharibə ərzində Hitlerin yanında 15
qadından ibarət dadabaxanlar komandası olarmış. Onların dadına baxdığı
xörəklər, qadınlardan bu müddət ərzində ölən olmasa, yalnız 45 dəqiqədən
sonra süfrəyə verilərmiş.

Səddam Hüseyn bir dəfə onun dadabaxanlarından birini öldürdüyünə görə
şələşür oğlu Udayı döydürüb və həbsxanaya saldırıb. Rumıniya rəhbəri
Nicolae Ceausescunu bütün səfərlərində, eyni zamanda həm də kimyaçı olan
və yanında yeməyi yoxlayan xüsusi səyyar laboratoriya gəzdirən yüksək
rütbəli təhlükəsizlik zabiti müşaiyət edərmiş.

Son nəticədə əlbəttə, dünyanın bütün dadabaxanları, kimyagərləri,
vasvasılıq və hoqqabazlıqları bu adamları ölümdən qurtara bilməyib.
Onların hamısı ölüb, çoxu da zorakı bir şəkildə.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=14276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728