Azərbaycanın ən kasıb regionu Naxçıvandır

07.12.2014 - 02:06

Büdcə məlumatları ilə hər bir sadə şəxsin maddi vəziyyətini birbaşa
əlaqələndirmək çətindir. Dövlətin nəhəng xərcləri adi vətəndaşlara
abstrakt rəqəmlər kimi görünür, təqaüd və maaşlardan başqa büdcə
milyardlarından hər bir adama düşən payı görmək elə da asan deyil. Lakin
bəzi sadə hesablamalrla belə bir bağlılığı şərti də olsa göstərmək
olar. Məsələn, AzadliqRadsiosu 2015-ci ildə dövlət büdcəsində nəzərədə tutulan gəliri Azərbaycan
əhalisinin sayına böləndə, şərti olaraq adambaşına 750 manat gəlir
düşdüyü görünür (bu hesablamada neft fondundan büdcəyə ayrılan xərclər
nəzərə alınmayıb).

Eyni hesablamaları rayonlar üzrə aparanda isə maraqlı regional
mənzərə alınır. Məsəslən məlum olur ki, dovlət büdcəsindən Bakının
rayonları ən “varlı” (2976 AZN), Naxçıvan Muxtar respublikası (16,9 AZN)
isə ən “kasıb” regionlar kimi çıxırlar. Qeyd etmək istərdik ki, bu
məlumatlar heç də hansısa rayon əhalisinin digərlərindən imkanlı və ya
imkansız olması mənasını vermir. Azərbaycanda fərdlərin rifah səviyyəsi
arasındakı fərq və sosial təbəqələşmə ancaq büdcə xərcləri ilə müəyyən
olunmur.

Xatirladiriq ki, infoqrafikdəki rəqəmlər elmi araşdırma metodları ilə
aparılmadığından onun nəticələri ancaq şərti xarakter daşıyır və
AzadliqRadiosu.az oxucularında Dövlət büdcəsi haqda təsəvvürləri
gücləndirmək məqsədilə hazırlanıb.

Hesablamalrda dövlət statistika komitəsinin əhalinin rayonlar üzrə sayı haqda məlumatlardan istifadə olunur.

Naxçıvan Muxtar respublikasında büdcə gəlirlərinin rayonlar üzrə
paylaşması haqda məlumat olmadığından bütün Naxçıvan rayonlarında muxtar
respublikanın ümumi göstəriciləri verilib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930