Bakı otelində baş verən şok cinayətin izləri
işləyən Məhərrəm Bayramovun axar.az-a müraciət edib. Cumhuriyyet.az .info xəbər
verir ki, buna səbəb nəvəsi Azər Bayramovun həbsidir. A.Bayramov
külli miqdarda vəsait mənimsəməkdə suçlanır. Amma qocaman pedaqoqun
fikrincə, onun nəvəsini şərləyiblər, əsil cinayətkar və pul
mənimsəyənlər məsuliyyətdən yaxa qurtarmaq istəyir.
pedaqoqu narahat edən məsələ bu işin ədalətli aparılmasına həmin
vəsaitləri mənimsəyən şəxslərin təzyiq göstərməsidir: “Bu işdə maraqlı
olan tərəf, əslində, nəvəmin adına çıxarılan pulu özləri mənimsəyib.
İndi isə istintaqa və məhkəməyə təzyiq göstərirlər”. Məhərrəm
müəllim deyir ki, artıq 8 aya yaxındır nəvəsi – Bakı şəhər sakini,
Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 94-də daimi qeydiyyatda
olan və yaşayan Bayramov Azər Rahib oğlu həbs olunub. Hazırda ona
sürülən ittiham aktı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə işi
yekunlaşmaq üzrədir.
Respublikası CM-nin 179.3.2 maddəsi ilə təqsirli bilinib. Bakı Şəhər
Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Kamran Məmmədov
tərəfindən 140206036 saylı ittiham aktı 20 oktyabr 2014-cü il saat
09.30-da yekunlaşaraq məhkəməyə göndərilib. İttiham aktı ilə tanış oluram. Bu akta görə yuxarıda adı çəkilən təqsirləndirilən şəxs külli miqdarda vəsait mənimsəyib.
Bayramovun anası İradə xanım oğlunun 2014-cü il aprel ayının 16-da
Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinə aparıldığını deyir:
“Bölmənin Şövqü adlı müstəntiqi polis idarəsinin əməliyyatçıları ilə
aprel ayının 16-da evə gəldi. Heç bir sənəd təqdim etmədən qeydiyyatla
bağlı oğlumu bölməyə apardılar. Sabahı gün maraqlandıq. Bölmədə onun
saxlanması haqda heç bir sənəd olmadı. Sadəcə dedilər ki, “bu, yuxarının
sifarişidir”. Yuxarının, konkret olaraq adını deməsələr də, öyrənə
bildik ki, bu Lətif Bağırov və Aliyə Nuriyevanın sifarişidir. Aliyə
xanım oğlumun satış üzrə menecer işlədiyi “Otak Turizim Otelçilik İnşaat
Limited” şirkətinin Azərbaycan nümayəndəliyinə məxsus olan “Central
Park” otelinin baş meneceri, Lətif isə həmin otelin sahibidir”.
Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlunun 18 aprel
tarixli (008)-(008)-431/2014 saylı inzibati xəta haqqında iş üzrə
qərarında qeyd olunur ki, 17.04.2014-cü il tarixdə guya küçədə söyüş
söyərkən polislər onu nizam-intizama dəvət edib, o isə polisləri təhqir
edib, qanuni tələblərə tabe olmayıb. Məhərrəm Bayramov: “Maraqlıdır, Azər həmin gün 13-cü bölmədə olduğu halda necə yaşadığı evin qarşısında zühur edə bilərdi?”
məhkəməsində verilən hökmlə Azər 15 gün müddətinə azadlıqdan məhrum
edilir. Bütün hadisələr də bundan sonra cərəyan edir. Məhərrəm müəllim
deyir ki, nəvəmin sifarişli həbs olunması Lətifin və bibisi qızı Aliyə
Nuriyevanın maraqları daxilindədir: “Oteldə otaqların satılması
müqabilində müəssisələrdən gələn nağd pul vəsaitinin yığılması və
kassaya mədaxil olması da Azərə həvalə olunubmuş. Lakin Azər otelin baş
meneceri Aliyə xanımın birbaşa göstərişi ilə həmin vəsaitləri ona
verirmiş. Verilən pullar haqda da göy rəngli qara mühasibat kitabında
qeydlər aparırmış. Bu pullar Aliyə xanım tərəfindən mənimsənilib”.
Bayramov: “Nəvəm 15 gün həbsdə saxlandığı müddətdə bizə müxtəlif
təzyiqlər oldu, hədə-qorxu gəldilər. Müxtəlif rəqəmlər tələb etdilər.
Əvvəlcə 23.000, sonra 47.000, 60.000, 115.000 və daha sonra 380.00 tələb
etdilər. Dedilər ki, bu, 15 günə qədər ödənilməsə, sizdən 500.000
alacağıq. Nəvəmi əmək müqaviləsiz, sığortasız işə götürüblər.
Mənimsədikləri pulları kasıb, yetim nəvəmin üstünə yıxırlar. Lətif
Bağırov, bibisi qızı Aliyə tərəfindən mənəvi və maddi terrorla
üzləşmişik. Bizə Bakıxanov qəsəbəsində olan evimizi satdırıblar. İndi
isə daha çox pul tələb edirlər”.
yaxşı işçi olub. Ona əvvəlcə 500 manat maaş veriblər. Sonra isə otelə
müştərilər dəvət etdiyinə görə qeyri-rəsmi maaşı 5000 (!!! – red.)
manata qədər qaldırılıb. Konvertdə verilirmiş”. Azər
Bayramovun anası İradə xanım: “Biz Aliyəyə gəlin gözü ilə baxırdıq.
Oğlumla isti, səmimi münasibətləri olub. Oğlum ona bahalı hədiyyələr
alıb. Qızıl-zinət əşyaları, geyim-kecim. Sonra o, oğluma deyib ki, bizim
ailə qurmağımıza mane olan var. Lətifin onu qısqandığını deyib. Ola
bilər, bibisi qızıdır, istəməyib kasıb, yetim adama ərə getsin, amma
başqa məqamlar da var ki, lazım gəlsə, deyəcəm…”
Azərin vaxtı ilə çəkdiyi fotoşəkilləri, qara mühasibatının bir-neçə
vərəqinin fotosunu təqdim etdi: “Hanı bu dəftər? Niyə istintaq bununla
maraqlanmır? Axı burda aydın göstərilir ki, pullar Aliyəyə verilib.
Ardınca düşmürlər. Deyirlər ki, Aliyə oranın işçisi olmayıb, təcrübəyə
gəlirmiş, bəs onda bu rəsmi sənədlər nədir ki, ona müraciət olunub,
yerlərin bronlaşdırılması xahişi edilib? – deyir və “ENC TOURS”
şirkətinin direktoru Emil Nəsibovun 10.01.2014-cü ildə ona ünvanlandığı
məktubu göstərir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14278