“Eurovision”da Belarusu azərbaycanlı müğənni təmsil edəcək

07.12.2014 - 11:15

“Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinin Belarus milli
seçim turunun peşəkar münsiflər heyəti dekabrın 4-5-də Belarus Teleradio
Şirkətində milli seçim turunun iştirakçılarını dinləyərək finalçıları
müəyyən edib.
Vyanaya vəsiqə uğrunda
mübarizənin final turuna çıxan 15 iddiaçı arasında istedadlı
həmvətənimiz, müğənni Günəş də var. Belarus Teleradio Şirkəti ilk dəfə
olaraq dinləməni tvr.by rəsmi saytında onlayn rejimdə translyasiya edib.
Belarus üçün rekord sayılan internet-translyasiya səkkiz saatdan çox
davam edib. Elə ilk saatlarda onlayn translyasiyaya qoşulanların sayı
bir neçə minə çatıb. Dünyanın 70-dən çox ölkəsindən, o cümlədən
Azərbaycandan olan istifadəçilər Belarus Teleradio Şirkətinin “600
metrov” studiyasında baş verən hadisələri mediaholdinq saytı vasitəsilə
izləyib.
Finalçıların çıxışlarının püşkatma mərasimi dekabrın 7-də mediaholdinqdə keçiriləcək.
Müğənni
Günəş (Günəş Abbasova) Belarusun Baranoviçi şəhərində anadan olub.
Azərbaycan, türk və Belarus dillərində mahnılar oxumağa xoşlayır.
Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb:
“Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya)
çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi,
2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq
İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində
ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin
payız mərhələsində qələbə.
Sənətçi dəfələrlə
“Eurovision” mahnı müsabiqəsinə Belarus milli seçim turunun iştirakçısı
olub. Bu dəfə Günəş özünün bəstələdiyi “I believe in a miracle” (“Mən
möcüzəyə inanıram”) mahnısı ilə çıxış edəcək.
Milli
seçim turunun finalı dekabrın 26-da birbaşa efirdə televiziya konserti
formatında keçiriləcək. Layihənin qalibi Avstriya paytaxtında
keçiriləcək “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsində Belarusun
rəsmi təmsilçisi olacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14279

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031