9 fevral seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etməyib

18.02.2020 - 14:30

9 fevral seçkiləri ölkədə seçki mühitinin olmaması şəraitində keçirildi. Azad mətbuat yox idi, toplaşmaq hüququ yox idi və seçki komissiyalarında heç bir dəyişiklik edilməmişdi. Venesiya komissyasının təklifləri var idi, digər beynəlxalq təşkiilatlarının təklifləri var idi, heç bir dəyişiklik olmamışdı və belə bir şəraitdə seçkilərə getmək qabaqcadan nəticəsi bəlli olan seçki prosesinə qatılmaqdan ibarət idi. Mən keçirəm saxtakarlığa. Saxtakarlıq Azərbaycan hakimiyyətinin mahiyyətidir. Beynəlxalq qurumların növbədənkənar parlament seçkilərində baş verən pozuntularla bağlı narahatlığını ifadə edən bəyanatları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbədənkənar parlament seçkiləri ilə bağlı rəyi hələ xeyli mülayim idi. Avropa Şurası Parlament Assambleyası da seçkilər haqqında neqativ rəylə çıxış etdi. Bunun bir mənası var: 9 fevral seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etməyib.
Baxmayaraq orada çox ciddi qanun pozuntuları göstərilir, xüsusilə səslərin sayılmasında, karusellərin təşkil edilməsində, bir nəfərin bir neçə bülleten atmasında, topa bülletenlər atəlması, səsvermə prosesində məntəqə komissiyasının üzvlərinin və müşahidəçilərin, üstəgəl polisin müdaxiləsinin geniş xarakter almasına baxmayaraq, bu rəy kifayət qədər yumşaq rəydir və Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Bakıdakı Səfirlik bu rəylə razılaşdığını bildirdi. Eyni zamanda, Avropa Birliyinin Avropa Parlamenti bu rəylə razı olduğunu bildirdi və eyni zamanda müşahidəçi missiyasında proseslərdə iştirak edən Avropa Şurası Parlament Assambleyası da seçkilər haqqında neqativ rəylə çıxış etdi. Azərbaycan xalqı seçki ilə bağlı, insan haqları ilə bağlı, sosial ədalətsizlik bağlı, korrupsiya ilə bağlı problemləri özü həll etməlidir, iradə ortaya qoymalıdır.
Bu özü də Azərbaycan hakimiyyətinin Avropa Şurasında natəmiz korrupsiya əməlinin iflasa uğramasının bir göstəricisidir və şübhəsiz ki, Dövlət Departamenti və Amerika Birləşmiş Ştatlarnıın Bakıdakı Səfirliyi ATƏT-in rəyinə qoşulmaqla və buna dəstək verməklə o pozuntuları, seçki prosesində, 9 fevralda baş vermiş pozuntuları təsdiq etmiş oldu. Buna görə hər kəs sağ olsun. Amma biz xalqımızın gözün bu beynəlxalq gözləntilərdən çəkməliyik. Azərbaycan xalqı özü öz taleyinə sahib çıxmalıdır. Azərbaycan xalqı seçki ilə bağlı, insan haqları ilə bağlı, sosial ədalətsizliklə bağlı, korrupsiya ilə bağlı problemləri özü həll etməlidir, iradə ortaya qoymalıdır. Bu xarici gözləntilər milləti tənbəlləşdirir. Heç vaxt bu gözləntilərlə yaşamaq lazım deyil ki, Vaşinqton, Paris, Berlin, Moskva gəlib Azərbaycanda nəyisə düzəldəcək. Bunlar hamısı yardımçı xarakter daşıyır. Məsələnin həlli Azərbaycan xalqının iradəsinin ortada olmasından keçir.
Sənan Muradov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930