“Əl-Qaidə”nin ən təhlükəli terrorçusu öldürüldü
beynəlxalq əməliyyatlarının əlaqələndiricisi Adnan aş Şükricumu məhv
ediblər.
xüsusi xidmət orqanları Adnan aş Şükricumu Nyu York və London
metrosunda, habelə Norveç dəmir yollarında partlayışlar planlaşdırmaqda
şübhəli bilir.
ordusunun döyüş helikopterlərinin terrorçuların Cənu Vəziristan
əyalətindəki Şinvarsak rayonunda yerləşən bazasına endirdiyi zərbələr
nəticəsində məhv edilib. Onunla birlikdə 2 köməkçisi də öldürülüb.
Federal Təhqiqatlar Bürosu 2010-cu ildə Adnan aş Şükricumun “Əl Qaidə”
terror təşkilatının beynəlxalq əməliyyatlarının əlaqələndiricisi
olduğunu elan edib. 39 yaşlı terrorçunun Səudiyyə Ərəbistanında dünyaya
gəldiyi, Qayana vətəndaşı olduğu, uşaq və gənc yaşlarında ABŞ-da 15 il
yaşadığı bildirilir.(apa.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14280