İtkin düşən tələbənin cəsədi tapıldı

07.12.2014 - 11:22

Aleksandr Mora Meksikanın axtatrdığı 43 tələbədən biridir

Meksikada bir müddət əvvəl Qerrero ştatında itkin düşən 43 tələbədən birinin meyitinin qalıqları aşkarlanıb. 
Rəsmilər meyitin Kokula şəhər zibilxanasında
aşkarlandığını açıqlayıblar. Meyitin Aleksandr Mora adlı gəncə aid
olduğu bildirilir.
Sentyabr ayının 26-sında
itkin düşən tələbələrin polis tərəfindən oğurlanaraq narkotik
ticarətçilərinə satıldığı və yandırıldığı məlumdur. Dəhşətli cinayətdə
hadisənin baş verdiyi İquala şəhərinin meri də iştirak edib.
Faktla bağlı aparılan istintaq çərçivəsində 70-dən çox şübhəli saxlanılıb. Şübhəlilərin əksəriyyəti təqsirini etiraf edib.
Ötən
gün paytaxt Mexikoda baş tutan növbəti irimiqyaslı etiraz aksiyası
zamanı fəallar öldürülən şəxslərə ədalət şüarları ilə çıxışlar ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14281

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728