“Öüm körpüsü”ndə ölmək mümkünsüz oldu
İntihar hallarının qarşısını almaq üçün DİN mühafizə xidməti sutkalıq iş rejiminə keçib
intihar hallarının qarşısını almaq üçün sutkalıq iş rejiminə keçib.
hər iki hissəsində polis əməkdaşları mühafizə xidməti həyata
keçirirlər. Hazırda asma körpüdə mühafizə polisləri xidməti maşında
növbə çəkir.
körpüyə çıxıb dərdlərini deməyə başlayanların, intihar etməyə
çalışanların sayı artıb. Artıq bu körpünün adı “ölüm körpüsü” və ya
“intihar körpüsü” kimi çəkilir. Körpüdə intihara cəhd halları bu ilin
yanvarından başladı. Burada intihara ilk cəhdi yanvarın 4-də 27 yaşlı
Rəfael Hümbətov etmişdi. Özünü körpüdən atan gənc xəstəxanaya çatdırılsa
da onun həyatını xilas etmək mümkün olmamışdı.

intiharlar da elə bu hadisədən sonra başladı. Elə Qarabağ qazisi Zaur
Hüseynovun özünü yandıraraq intihar etməsindən sonra ölkədə başlayan
alovlu intiharlar kimi. Bu hadisədən sonra da ölkədə özünü yandıraraq
intihara cəhd edənlərin sayı artmışdı.
qeyd etdiyimiz şəxslərin hər biri intihar məqsədi ilə körpüyə çıxsa da
sonradan bu niyyətlərindən çəkiniblər. Onlar FHN psixoloqları tərəfindən
fikrindən daşındırılıb.
cəhdlərinin səbəbi kredit borcları, işlə bağlı problemləri, ailə
münaqişələri və digər sosial məsələlər idi.
cəhd edən şəxslərin niyə məhz bu yeri seçməsinin əsas səbəbi körpünün
paytaxtın ən işlək və önəmli magistral yolunun üstündə olmasıdır. Bu yol
bir neçə dəqiqəliyə bağlananda və ya orada hərəkət məhdudlaşdırılanda
minlərlə maşın tıxacda qalır. Yolun bağlanması bütün ölkə gündəmini bir
anda zəbt edir. Bir sözlə, özünə, öz probleminə ictimai diqqət çəkmək
istəyən şəxslər məhz bu körpünü seçir. Probelmini dilə gətirir, sonra
isə psixoloqlar tərəfindən fikrindən daşındırılır…



Short URL: http://www.cumhuriyyet.net/?p=14282