Putin Hindistana niyə gedir?

07.12.2014 - 11:51

Rusiya ilə Hindistan hərbi əməkdaşlıqla bağlı razılıq sazişi imzalayacaq.
Rusiyanın Hindistandakı fövqəladə səfiri Aleksandr Kadakin belə deyib.
O bildirib ki, Moskva və Dehlinin Vladimir Putinin Hindistana səfərinin
gedişatında imzalayacaqları sazişlər iki ölkənin hərbi sferada
əməkdaşlığının möhkəmlənməsinə yönələcək.
Rusiyanın Hindistandakı səfiri Sputnik-ə müsahibəsində, “Hərbi sferada
mühüm razılıqlarlar və bizim birgə əməkdaşlığımızla bağlı sənədlərə imza
atılacaq. Bu bütünlüklə Hindistanın baş naziri Modinin dediyi
“Hindistanda istehsal edilib” çağırışına cavab verəcək” – deyib.
Onun sözlərinə görə, Rusiya bu çağırışa artıq uzun illərdir əməl edir.
“Siz bizim “Sukhoi” təyyarəmizi və hərbi texnikamızı, eləcə də “БраМос”
raketimizi istehsal edirsiz” – deyə o, vurğulayıb.
Kremlin mətbuat xidməti Rusiya Federasiyasının prezidenti Vladimir
Putinin 11 dekabr 2014-cü ildə Hindistana rəsmi səfər edəcəyini
açıqlayıb. Səfər Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş
tutacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14284

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031