İŞİD-lə mübarizəyə son?
qruplaşmasına qarşı hərbi hava əməliyyatlarını genişləndirmək planı
yoxdur.
ANS PRESS-in məlumatına görə, Kanadanın xarici işlər naziri Con Berd
belə bir açıqlama verib. Bəhreynin paytaxtı Manamada keçirilən
təhlükəsizlik konfransında çıxışı zamanı nazir qeyd edib ki, Kanada
qüvvələri İŞİD-ə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları ilə
koalisiya təşkil etsə də, hökumət Suriyaya müdaxilə etməyəcək.
Kanadanın bu hərəkəti bəzi ekpsertlər tərəfindən İŞİD-ə qarşı mübarizədə geri addım kimi şərh olunur.
Con Berd, bununla belə, vətəndaşlarını İraq və Suriyaya səfər etməkdən çəkinməyə çağırıb.
“Hazırda biz diqqətimizi İraqdakı missiyanın üzərinə yönəltmişik. Bu
dövlət səviyyəsində qəbul olunan bir qərardır”-deyən Con Berd,
qərarlarının qəti olduğunu bildirib.
Kanada İŞİD silahlılarına qarşı sonuncu dəfə keçən ay əməliyyatlar keçirib.
Suriyanın Kobani şəhərində İŞİD-çilərə qarşı mübarizə indi də davam
edir. Ötən gün Türkiyənin bu ölkə ilə sərhəd Mürşidpınar keçid
məntəqəsindən Kobani baş verən döyüşləri və partlayışları müşahidə etmək
mümkün olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=14286