DYP reydinin şok nəticələri
10 qadın sürücü saxlanıldı: aralarında sərxoşlar da var
10 qadın sürücü saxlanıldı: aralarında sərxoşlar da var
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 8-ci, 11-ci və eskort
müşaiyət tağımının şəxsi heyəti tərəfindən son iki gecədə paytaxt
ərazisində keçirilən reydlər zamanı 10 qadın sürücü saxlanılıb. Onların
bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti
avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.
Avtosfer.az-a
bu barədə məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə
rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücülər arasında sürət həddini
aşanlar da olub: В«Lakin nəqliyyat vasitəsini sərxoş halda idarə edən
xanım sürücülər daha çoxluq təşkil edir. Onların bir neçəsi sərxoşluq
müayinəsindən imtina edib. Lakin buna baxmayaraq, onların barəsində
inzibati protokol tərtib olunub. Sərxoş halda avtomobil idarə etməklə
sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidirВ».
DYP
tərəfindən Bakı şəhəri üzrə dekabrın 5-dən 6-na və 6-dan 7-nə keçən
gecə keçirilən reydlər zamanı ümumilikdə 10 xanım sürücü inzibati
məsuiliyyətə cəlb olunub. Onlardan biri sərxoş vəziyyətdə qəza törədərək
maşını qoyub qaçıb. Sonuncu reyd zamanı saxlanılan В«Range RoverВ»
markalı avtomobilin sürücüsü Könül Vəliyeva sərxoşluq müayinəsindən
keçməkdən imtina edib. Özünün və yanındakı rəfiqəsinin dövlət işçisi
olduğunu deyən bu sürücü bir neçə yerə zəng edib məsuliyyətdən yaxa
qurtarmağa çalışsa da, faydası olmayıb. O, əvvəlcə restoranda ancaq çay
içdiyini və oradan çıxan kimi yol polisi tərəfindən saxlanıldığını
deyib. Bununla sərxoş vəziyyətdə olmadığını iddia edən xanım sürücü
sərxoşluq müayinəsindən keçməkdən imtina etsə də, DYP əməkdaşları onu
inzibati qaydada məsuliyyətə xəlb etdilər. Avtomobil isə cərimə
meydançasına aparıldı.
Short URL: http://www.cumhuriyyet.net/?p=14287