Nizami İsgəndərov qalmaqallı obyektini satır

07.12.2014 - 13:17

Nabrandakı istirahət mərkəzi bir müddətdir ki, fəaliyyətini dayandırıb

Nabranda yerləşən və azyaşlı oğlanın ayaqlarını itirməsi ilə
nəticələnən bədbəxt hadisənin baş verdiyi “Nabran Holiday Village”
istirahət mərkəzi satışa çıxarılıb. Lent.az-ın əldə etdiyi məumata görə,
3.5 hektar sahəsi olan istirahət mərkəzi bütün əşyaları və qurğuları
ilə birgə satılır. Mərkəzdə 23 ədəd 3 otaqlı, 10 ədəd 2 otaqlı kottec
var. Kotteclərin hər birinin san/qovşağı, istilik sistemi, kondisoner
var. Bundan başqa mərkəzdə böyük və uşaq ücün baseyn, aquapark, yay qış
restoranı, futbol, voleybol meydançası, avtodayanacaq və s. var.

Qalmaqallı istirahət mərkəzi 3 milyon manata satılır.

Qeyd edək ki, “Nabran Holiday Village” istirahət mərkəzi keçmiş
deputat Nizami İsgəndərova məxsus olub. İmran Cəfərzadənin keçən ilin
yayında istirahət mərkəzində bədbəxt hadisə ilə üzləşməsi və ayaqlarını
itirməsindən sonra obyekt fəaliyyətini dayandırıb. Belə ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran
Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən
“Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi
Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil
olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları
tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb,
məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual
hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki,
İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30
radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində
suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan
qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun
içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq
olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin
borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək
mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə
cinayət işi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyi “Nabran Holiday Village” istirahət mərkəzinin lisenziyasını ləğv edib.

Məlum hadisəyə görə başlanmış cinayət işinin məhkəməsinin nəticəsi
olaraq İmran Cəfərzadənin ailəsinə 70 min manat təzminat ödənilib.

Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday
Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərə
hökm oxunub. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli
özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum
edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan
Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.
İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev isə məhkəmədən “Nabran
Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat
ödəməsini istəyib. Onu da qeyd edək ki, məlum hadisədə yaralanmış İmranın hər iki ayağı
amputasiya edilib. O, Almaniyada uzunmüddətli müalicə kursu keçib.
Azyaşlının bütün xərclərini dövlət ödəyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930