ARDNŞ estakada qəzalarından sonra hərəkətə gəldi, amma…

07.12.2014 - 17:57

 

Bir-birinin ardınca qəzaların baş verdiyi “Azneft”
İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində
(NQÇİ) təhlükəsizlik şəraitinin təminatı ilə bağlı tədbirlər proqramı
hazırlanıb.

 

Dövlət Neft Şirkətindən 
verilən məlumatda deyilir ki, mədən və özüllərdə, estakada və
meydançalarda baş verən qəzaların aradan qaldırılması üçün əsas kapitala
yönəldilən investisiyaların azaldılması, əsaslı təmir xərclərinin
artırılması nəzərdə tutulub.

 

NQÇİ-nin istismar etdiyi bir sıra köhnə meydançaların təmiri ilə
bağlı layihələr hazırlanacaq, ehtiyac duyulan hallarda vaqon evciklərin
quraşdırılması, əvəzedici estakadaların tikintisi, özüllərarası neft-qaz
xətlərinin çəkilməsi, qazpaylama sistemində, meydançalardakı enerji
sistemlərində yenidənqurma işlərinin aparılması da planlaşdırılır.

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı
isə virtualaz.org saytına deyib ki, ARDNŞ-in arxivi baş verən
qəzalardan sonra hazırlanan tədbirlər proqramı ilə doludur: “Nərimanov
adına NQÇİ-də 3 qəza baş verdi, 10-a yaxın insan dünyasını dəyişdi,
yaralılar oldu. Biz özüllərdə, estakada və meydançalarda təmir aparan
podratçı şirkətlərin, ARDNŞ-in bu işə məsul əməkdaşlarının
cəzalandırılmasının şahidi olmadıq. Tədbirlər proqramı qəzalardan sonra
hazırlanır. Amma əvvəllər hər ilin ilk ayında estakadaların vəziyyəti
yoxlanılırdı, mövcud vəziyyət qiymətləndirilirdi. Dövlət Neft Şirkətinin
idarə və müəssisələrində infrastrukturlarda yenidənqurma işlərinin
aparılılmalıdır”.

 

M.Qəhrəmanlı onu da qeyd etdi ki, neft sektorunda əməyin mühafizəsi və təhlükəsizliklə bağlı ciddi tədbirlərə ehtiyac var.

 

Qeyd edək ki, noyabrda “Nərimanov” adına NQÇİ-də iki qəza baş verib.
441-ci meydançada baş verən qəza nəticəsində 4 nəfər dünyasını dəyişib,
xeyli yaralılar olub.

 

Noyabrın 6-da isə  “Nərimanov” adına NQÇİ-nin 2-ci mədən ərazisindəki uçqun zamanı 2 nəfər ölüb.

 

Xatırladaq ki, bu ilin 10 ayı ərzində ölkənin neft sektorunda 24 ölüm hadisəsi qeydə alınıb.(virtualaz.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728