Texnologiya Universitetinin rektorunun qanunsuz əməlləri

07.12.2014 - 21:58

Azərbaycan Texnologiya Universitetnin rektoru Akif Suleymanov
Universtetdə “at oynadır”. Bu barədə elektron poçtumuza daxil olan
məktubda qeyd olunur.Məktubda bildirilir ki, Texniki Universitetdə
kafedra müdiri işləmiş, 2013-cü ildən ATU-ya retkor təyin olan Akif
Süleymanov adıçəkilən təhsil ocağını şəxsi mülkü kimi idarə edir:
“Rektor necə deyərlər, öz texnologiyasını işə salıb. Universitetdə
nəinki rüşvətxorluq, qanusuzluq kimi dövlətimzə zidd, neqativ hallar
höküm sürür, hətta əxlaqsızlığn ən bariz nümunəsi də var. Beləki,
2014-cü dərs ilində Rektor “sakroşenni”adı altında 50-yə yaxın işcini
qanunsuz işdən azad etmişdi. Onların yerinə yüngül əxlaqı qızları,
tərbiyəsində ciddi qüsurları olan qadınları riyaziyyat kafedrasna,
Magistratura şöbəsinə, Tədris şöbələrinə katibə, loborant ştatı ilə
hərbirindən 2-3 min manat rüşvət alaraq işə götürüb”.Bundan əlavə, qeyd
olunur ki, rektor qış-imtahan sessiyası ilə bağlı iclas keçirib, fakultə
dekanlarna “tas”qoyb. “Təzə rektor təzə rüşvət cədvəli tərtib edib, 3
qiymətini 50 manata, 4 qiymətini 70 manata, 5 qiymətini 100 manatdan
keçməlidir. Adi hesablama aparsaq, hər imtahan tələbələrdən ümumilikdə
50 min manat rüşvət yığılır. Tələbələrin 70%-ı aylıqdadır. Təzə işə
götürülən işcilərin əmək haqqı 115 manat olduğu halda, onlar xarici
maşında universitetə gəlirlər. Rektorun qəbuluna düşmək də müşkül
məsələdir. Qəbuldan əvvəl gərək universitetin tədris işləri üzrə
prorektorun “rentgenin”dən keçməli, ya da Akif müəllimin xanım-xatun
köməkçisini görüm-baxım etməlisən. 20 ildir ki, universitetdə təsərrüfat
işləri üzrə prorektor işləyən Aslan Quliyev və təsərrüfat şöbəsinin
müdiri Natiq Nəbiyev rekorla əlbir olaraq təsərrüfat sistemini iflic
edib. Təkcə idman zalnın təmirinə 90 min manat pul ayrılıb, o pulların
bir qismi təmirə xərclənib, qalanı rektor və təsərrüfat işləri üzrə
prorektor mənimsəyib”. – deyə bildirilir.Daha sonra qeyd olunur ki,
rektorun qanunsuz hərəkətləri ciddi narazılığa səbəb olub. Şikayətçinin
sözlərinə görə, sözegedən rektor Rabitə və Yüksək Texnologiyalar naziri
Əli Abbasovun sinif yoldaşı və yaxın adamıdır. Bu səbəbdən də onun
qanunsuz əməllərinə “dur” deyən yoxdur.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq (mia.az).

Short URL: http://www.cumhuriyyet.net/?p=14300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728