Hüquq müdafiəçiləri DİN rəhbəri ilə görüşüb
Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı Daxili işlər naziri Ramil
Usubovla görüşüb. Görüşdə əsas müzakirə mövzusu yeni il ərəfəsində
gözlənilən əfv fərmanı olub. Xəbəri mətbuata monitorinq qrupunun üzvü Səidə Qocamanlı verib.
sözlərinə görə, DİN rəhbəri qaldırılan məsələlərin diqqətə alınacağını
deyib:”Görüş Monitoriqn Qrupunun təşəbbüsü ilə baş tutdu. Bilirsiniz ki,
daxili işlər naziri eyni zamanda Prezident yanında Əfv Komissoyassının
üzvüdür.
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bağlı
gözlənilən əfv fərmanı ilə bağlı gözləntilərimizi cənab nazirə çatdırmaq
faydalı olar. Biz həm səhətində problemlər olan, həm də əfv əzirəzi
yazan məhbusların azadlığa çıxmasını indiki durumda Azərbaycana fayda
verəcəyini düşünürük. Nazirdən xahiş etdik ki, Əfv Komissiyasının
toplantısında bizim mövqeyimiz də nəzərə alınsın. Bizim siyasi məhbus
siyahımızda olan bir neçə şəxsin məsələsinə İnsan Haqları Problemləri
üzrə İşçi Qrupda da baxılıb. Biz bu haqda da cənab nazirə məlumat
verdik. Çox pozitiv fikir mübadiləsi oldu. İnanırıq ki, nəticələr
olacaq”.
görüşdə Sülh və Demokratiya İnstitutunun bəbsdə olan direktoru Leyla
Yunusun məsələsi ayrıca müzakirə edilib. Monitorinq Qrupunun üzvləri
onun səhhətindəki problemləri əsas gətirərək azadlığa çıxmasına şərait
yaradılmasını istəyiblər:”Leyla Yunusun məsələsi ilə yanaşı Xədicə
İsmayılovanın həbsini də müzakirə etdik. İnsan haqları müdafiəçiləri
olaraq bizim ortaq fikrimiz budur ki, bu cür həbslər heç bir səbəb
olmadan Azərbaycan üçün problemlər yaradır və onların qarşısı
alınmalıdır”.
Nazirliyinin İnsan Haqları şöbəsinin müdiri Fuad Qurbanovla da
müzakirələr apardıqlarını bildirib. Dekabrın 8-də isə qrup üzvləri Baş
Prokurorluqda səlahiyyətli şəxslərlə görüşəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14304