Səudiyyədə 135 nəfər terrorçu həbs olundu

07.12.2014 - 22:26

Onlar ölkədə iğtişaşlar törətməkdə ittiham olunurlar

Səudiyyə Ərəbistanıda 135
nəfər həbs olunub. Onlar terrorçu hücumlar təşkil etməklə ölkədə
iğtişaşlar yaratmağa cəhddə ittiham olunurlar. Həbs olunanlar arasında
yabançılar da var. Belə ki, onlardan 16 nəfəri suriyalıdır, 3 nəfər isə
yəmənlidir. Tutulanlar arasənda misirli, livanlı, əfqan, bəhreynli və
iraqlı da  var. Krallığın Daxili İşlər Nazirliyinin mətbuat katibi
Mansur Türki  “Al Arabiya” TV kanalına  açıqlamasında bu barədə məlumat
verib.
Qeyd olunub ki, həbs olunanlardan 21
nəfəri silah qaçaqmalçılığında suçlu bilinir. 54 nəfər isə terrorçu
qruplara könüllü döyüşçülər və maliyyə toplamaqda ittiham olunur. Bomba
hazırlamağa, qadağan olunmuş ədəbiyyatı yaymağa görə tutulanlar da var. 
Tutulanları Körfəz ölkələrindən kənarda terrorçular üçün təlim-məşq mərkəzləri təşkil etməkdə də günahlandırılırlar. 
“Al
Arabiya” bildirir ki, İŞİD Suriya və İraqda işğala başladıqdan sonra
Səudiyyə Krallığı terrorla mübarizəni daha da sərtləşdirib. Krallıq
təkcə avqust ayında BMT-yə terrorla mübarizə üçün 100 milyon dollar
ödəyib. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728