Bakıda qəza: paytaxtın bəzi hissələri bu gün və sabah susuz qalacaq

08.12.2014 - 11:06

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi dekabrın 8-də açıqlama yayıb.

Virtualaz.org-un məlumatına görə, abunəçilərin
diqqətinə çatdırılır ki, II Bakı su kəmərinin Rəsulzadə qəsəbəsi
ərazisindən keçən hissəsində qəza baş verib.

Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 8-i və 9-da
paytaxtın Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək
prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli,
Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli,
Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azəerneftyağ” Neft Emalı
Zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli
su məhdudiyyətlə veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=14307

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728