Bakıda vahimə: 22 nəfər zəhərləndi

08.12.2014 - 11:19

Zəhərlənənlərin 18-i xəstəxanaya yerləşdirilib
Ötən gün Bakıda dəm qazından 22 nəfər zəhərlənib. Hadisə paytaxtın müxtəlif yerlərində qeydə alınıb.
Hadisə nəticəsində dəm qazından zəhərlənənlərin 18 nəfərinin vəziyyəti
daha ağır olub. Onlar xəstəxanalara yerləşdiriliblər. Zəhərlənənlərdən 4
nəfərə isə yerində yardım göstərilib.
Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə
faktarı artıb. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış
mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə
işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş
kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici
məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici
reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə
yoxlamalar həyata keçirirlər.
Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu
qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması
yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir.
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik
törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması
istiqamətində tədbirlər görülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=14308

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728