Nazir qatar altında qaldı

08.12.2014 - 11:22

Qatar altında qalan nazir həyatını itirib
Mərakeşdə nazir qəza qurbanı olub. Dövlət naziri olan Abdulla Baha Bouznika şəhərində qatar altına düşüb.
ANS PRESS-in məlumatına görə, hadisə bazar ertəsinə keçən gecə –
dekabrın 8-də baş verib. Qəza baş verərkən nazir avtomobildə olub.
Maraqlısı odur ki, Abdulla Baha keçmiş deputat Əhməd əz-Zəidi həlak olan
yerdə həyatını itirib. Belə ki, bir ay əvvəl noyabrın 9-da eyni yerdə
Əhməd əz-Zəidi avtomobilində olarkən həmin ərazini su basıb və onun
maşını suya qərq olub. Abdulla Baha da həmin əraziyə baxış keçirmək üçün
gedəndə qatar onun maşınını vurub.
Qeyd edək ki, 60 yaşlı mərakeşli nazir Abdulla Baha dövlət başçısı
Benkiranın yaxın dostu, həmçinin Ədalət və İnkişaf Partiyasının
liderlərindən biri olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031