Fransa yəhudi soyqırımına görə ABŞ-a 60 milyon dollar ödəyəcək
daşıdığı soyqırım qurbanları və onların törəmələri üçün 60 milyon dollar
kompensasiya ödəməlidir. Nasist ölüm düşərgəsinə aparılan əcnəbilərə
kompensasiya vermək üçün fond yaradılacaq. Bu barədə “Radio France
İnternationale” xəbər verir.
SNCF operatorunun ABŞ-dakı tender müqaviləsinə etiraz olaraq
aksiyalar keçirilib. Nəticədə dekabrın 5-də Vaşinqton və Paris razılığa
gəliblər. Dekabrın 8-də sənəd imzalanacaq. Fransa hökuməti əksəriyyəti
ABŞ vətəndaşı olan şəxslərə kompensasiya ödəyəcək. Fonda Amerika hökumət
orqanları nəzarət edəcəklər. Sağ qalan qurbanlara 100 min dollar,
onların həyat yoldaşları və törəmələrinə isə bir neçə on min dollar
kompensasiya veriləcək.
“Bütün müraciətlər qeydiyyata alındıqdan sonra kompensasiya ödənəcək
şəxslərin siyahısı hazırlanacaq. SNCF operatoru 76 min yəhudini ölüm
düşərgəsinə aparmaqla deportasiyanı həyata keçirməsə də, bunda iştirak
edib. Ona görə də bu pulu Fransa hökuməti ödəməlidir”, – Fransanın insan
hüquqları üzrə səfiri Patrisianna Sparasino-Tillay deyib.
Xatırladaq ki, 1946-cı ildə Fransa qurbanları üçün kompensasiya
nəzərdə tutulmuşdu. Buna baxmayaraq, 1939-cu ildə müharibə başlayandan
sonra Fransaya gələnlər və immiqrasiya edənlər heç nə almadılar.
Yəhudi vətəndaşlarının hüquqları üzrə “ABŞ Böhtan Əleyhdarları”
liqasından Abraham Foxman bildirib ki, “Bu müqavilə qurbanların
ağrısının az da olsa yüngülləşməsi və onların dərdinə şərik olunması
deməkdir”.
SNCF operatoru əleyhinə aksiya keçirən “Holocaust Rail Justice”
(“Soyqırım Qurbanlarına Ədalət”) koalisiyası bildirib ki, sözügedən
müqavilə ilə SNCF və Fransa hökuməti “soyqırım vəhşiliyinə şərik
olduqlarını” etiraf ediblər.
Dəmiryolu şirkəti özünün soyqırım maarifləndirmə proqramı üçün əlavə 4
milyon dollar ödəyəcək. Müqavilə o deməkdir ki, SNCF artıq öz
tenderlərini elan edə biləcək. Merilend ştatında kompensasiya tələbi ilə
bağlı etirazlar isə əvvəl buna mane olurdu.
Müqavilənin qüvvəyə minməsi üçün Fransa parlamenti 1948-də qəbul etdiyi qanuna düzəliş etməlidir. /eunews.az
Short URL: http://www.cumhuriyyet.net/?p=14311