Bu bank bağlana bilər

08.12.2014 - 11:32

Azərbaycan Mərkəzi Bankının kapital tələbi ilə bağlı ölkədə
ən böyük problemi olan banklardan biri – “Yunayted Kredit Bank” hələ ki,
məcmu kapitalını lazım olan həddə (50 milyon manata) çatdıra bilməyib.

Bu barədə fins.az-a bankdan məlumat verilib. Qurumda bildirirlər ki,
hazırda “Yunayted Kredit Bank”ın nizamnamə kapitalı 29,8 milyon manat,
məcmu kapitalı isə 27,3 milyon manatdır. Başqa sözlə, kapitalını lazım
olan həddə çatdırmaq üçün qarşıdakı 20 gün ərzində (2014-cü ilin
sonunadək) banka əlavə 22,7 milyon manat lazımdır.

Bankın özündə məsələyə hələlik optimist yanaşırlar. Buradan fins.az-a
verilən məlumata görə, ilin sonuna qədər səhm emissiyası hesabına
bankın məcmu kapitalının 50 milyon manata çatdırılması planlaşdırılır.
“Təsisçinin xaricdə maliyyə vəsaitləri, daşınmaz əmlakı var. Yaxın
günlərdə bu məsələ həll olunacaq” – deyə bankdan bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl “Yunayted Kredit Bank”ın İdarə
Heyətinin üzvü Əmir Məsimov 50 milyon manatlıq tələbin demək olar ki,
yerinə yetirildiyini bildirmişdi. İndi isə məlum olur ki, bu tələb
nəinki yerinə yetirilməyib, hətta bankın kapitalı bu tələbdən 2 dəfə
azdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728