2 gündə atəşkəs 67 dəfə pozuldu

08.12.2014 - 11:35

Həftəsonu Ordumuzun mövqeləri intensiv atəşə tutulub
Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21
dəfə pozulub.
Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam
rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli
kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini
atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, ötən gün də cəbhə xəttində atəşkəs rejimi pozulub. Müdafiə
Nazirliyindən bildirilir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka
ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam
rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli
kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini
atəşə tutublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=14313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728