Merkel Rusiyanı Şərqi Avropanın işlərinə “müdaxilədə”ittiham etdi

08.12.2014 - 11:39

Almaniya kansleri Angela Merkel Rusiyanı Avropa İttifaqı ilə
daha yaxın bağlara can atan Şərqi Avropa ölkələrinin daxili işlərinə
müdaxilədə ittiham edib.
Almaniyanın “Die Welt am Sonntag”qəzetinə
müsahibəsində xanım Merkel bildirib ki, Rusiya Moldova, Gürcüstan və
Ukraynaya “problemlər yaradır”.
“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasına qətiyyən yol vermək
olmaz” – deyib Almaniya kansleri. Moldova, Gürcüstan və Ukrayna Avropa
İttifaqı ilə assosiasiya sazişi imzalayıblar.
Bu sazişə şübhə ilə yanaşan Moskva keçmiş sovet respublikalarını özünün yaratdığı Gömrük İttifaqına dartmağa çalışır.

Separatçıların arxasında Moskva durur

“Bizim şərq qonşuluğumuzda olan bu üç ölkə – Moldova,
Gürcüstan və Ukrayna Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq
kimi suveren addım atıblar” – deyib kansler “Die Welt am Sonntag”
qəzetinə, – Rusiya bu üç ölkənin hamısına problemlər yaradır”.
Angela Merkel bildirib ki, Moskva Dnestrayanı, Abxaziya və Cənubi
Osetiyada, habelə Ukraynanın şərqindəki separatçı hərəkatların arxasında
durur.
Elə ötən ay Vladimir Putin Gürcüstandan qopmuş Abxaziya ilə
“strateji əməkdaşlıq” barədə saziş imzalayıb. Bu saziş NATO və Avropa
İttifaqı tərəfindən qətiyyətlə pislənib.

Merkel Gürcüstan və Ukraynanı NATO-da görmür

Öz müsahibəsində xanım Merkel həmçnin vurğulayıb ki, Rusiya qərbi
Balkan ölkələrini iqtisadi və siyasi baxımdan özündən asılı etmək
siyasəti yürüdür. Kansler qeyd edib ki, Avropanın Rusiyanın əməllərinə
reaksiyası tamamilə düzgündür.
Angela Merkel həmçinin Ukraynanın və Gürcüstanın NATO-ya üzvlüyü barədə
müraciətlərə alyansın 2008-ci il sammitində mənfi cavab verilməsi
qərarını dəstəkləyib, lakin əlavə edib ki, NATO Şərqi Avropanın ittifaq
üzvü olan ölkələrinin müdafiəsini təşkil edəcək.

Ukraynadakı vəziyyət

Bu arada Ukraynanın özündə prezident Petro Poroshenko ölkə silahlı
qüvvələrinə çərşənbə axşamı üçün razılaşdırılmış “sakitliyə” əməl etmək
əmri verib. Həmin gün münaqişə tərəfləri arasında yeni atəşkəsin
şərtləri müzakirə olunmalıdır. Qiyamçı qüvvələr də dekabrın 9-a elan
edilmiş bir günlük atəşkəs çağırışına razılıqla cavab veriblər.
Sentyabrın 5-də Minskdə imzalanmış atəşkəs sazişi, demək olar ki,
qüvvəyə minmədən pozulmağa başlamışdı.
Ukrayna və NATO Rusiyanı Ukraynanın şərqinə silah-sursat, texnika və
canlı qüvvə göndərməkdə ittiham etmişdi. Rusiya bu iddiaları rədd edib,
prezident Vladimir Putin isə şənbə günü Fransa prezidenti Francois
Hollande-la görüşündə Ukraynanın ərazi bütövlüyünə tərəfdar olduğunu
bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031