FHN adından 71 min manatlıq fırıldaq edən qadına cinayət işi açıldı

08.12.2014 - 13:18

Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt”
əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan musavat.com-a verilən məlumata görə,
araşdırmalar zamanı özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi
təqdim etmiş Fidan Qarazadənin 2014-cü ilin iyun-oktyabr ayları ərzində
Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə
Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma
yolu ilə  ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ
keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728