BP bəzi layihələrini dayandırır və iş yerlərini ixtisar edir…

08.12.2014 - 13:47

Bununla yanaşı şirkətin ehtiyat variantı da mövcuddur.

BP neft şirkəti neftin ucuzlaşması ilə əlaqədar bir sıra layihələrin realizəsini dondura bilər.

Haqqın.az-ın məlumatına görə, bu barədə şirkətin maliyyə direktoru
Brayan Qilvari “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində
bildirib.

Onun sözlərinə görə, neftin ucuzlaşması şirkətin uzunmüddətli
planlarına təsir etmir, amma bəzi layihələr dayandırıla və ya ləğv edilə
bilər.

Bununla yanaşı əgər neftin qiyməti bir barrel üçün 60-70 dollar arasında qalarsa şirkətin ehtiyat variantı da var.

Qilvari həmçinin bildirib ki, şirkət iş yerlərini ixtisar etmək niyyətindədir.

Xatırladaq ki, ötən həftənin sonunda Londonun beynəlxalq qitə
birjasında yanvar müqavilələrinə görə fyuçerslərinə görə Brent (Şimal
dənizinin müxtəlif yataqlarından əldə edilən neftdən ibarət) markalı
neftin qiyməti 0,9 dollar ucuzlaşaraq, bir barrel üçün 68,74 dollardan
ibarət olub.

Əgər cari həftənin sonuna qədər Brent neftinin qiyməti bu səviyyədə
qalarsa, bu, 2009-cu ilin oktyabr ayından bu vaxta qədər ən aşağı
göstərici olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=14322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728