Nurçu liderə rüşvət iddiası
Türkiyədə nurçu camaatın lideri Fətullah Gülənin qarşı yeni rüşvət iddiası gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, bu iddialar Türkiyə İşçi Partiyasının
lideri Doğu Perinçek tərəfindən səsləndirilib. Doğu Pərincək nurçular
tərəfindən ona Fətullah Gülənlə bir fincan qəhvə içmək qarşılığında 5
milyon türk lirəsi rüşvət təklif edilib.
Onun sözlərinə görə, ona bu təklif 1996-cı ildə Latif Ərdoğan
tərəfindən edilib. Ondan mətbuatda dərc etdirmək üçün Fətullah Gülənlə
şəkil çəkdirməyi xahiş edilib.
“İstəmədim. Orta əsrlərdən qalmış, respublika quruluşuna qarşı olan
bir quruluşdur. Ertəsi gün “Samanyolu TV”dən bir ehtiyatda olan zabit
aradı. “Bir fincan qəhvə içməyiniz üçün 5 milyon lirə veririk” dedi.
Qəbul etmədim. Qayıtdı ki, pulu götür, seçkidə sizə pul lazım olacaq”, –
deyə Doğu Pərincək vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 1996-cı ildə 1 dollar qarşılığında təxminən
100 lirə verirdilər. Yəni Doğu Pərinçəyə bir görüş üçün təxminən 50 min
dollar verirdilər. Həmin pula İstanbulun ətraf məhəllələrində 5 ədəd 5
otaqlı mənzil almaq mümkün idi.
Short URL: http://www.cumhuriyyet.net/?p=14324