Nüvə müharibəsi başlaya bilər!

08.12.2014 - 19:57

Vyanada “Nüvə silahların insanlara təsirləri” mövzusunda
keçirilən konfransda bir araya gələn mütəxəssislər nüvə müharibəsi
təhlükəsinin artdığını açıqlayıblar.
Analitik.az
xəbər verir ki, dünyanın dörd bir tərəfindən bir araya gələn hərbçi və
siyasətçilər nüvə savaşı təhlükəsinin artdığı ilə bağlı
narahatçılıqlarını ifadə ediblər. Dünya gündəmini müzakirə edənlər nüvə
döyüşlərinin baş verməməsi üçün təcili tədbirlər görülməsinin
vacibliyini vurğulayıblar.
Vyanada keçirilən
konfransda çıxış edən mütəxəssislər dünya liderlərinə müraciət
hazırlayıblar. Müraciətdə dünya liderlərinə nüvə savaşı təhlükəsinə
soyuqqanlı yanaşmamaq tövsiyə olunub və bu qorxunun onlar üçün kifayət
qədər aydın olmadığı bəyan edilib. 
Məktuba
imza atanlar içərisində ABŞ-ın keçmiş Baş qərargah rəisinin müavini
Ceyms Kartvrigt, İngiltərənin keçmiş müdafiə naziri Lord Kinq, sabiq
xarici işlər nazirlərindən Marqaret Bekett və David Oven də var.
Avstriya
xarici işlər naziri Sebastyan Kurza xitabən qələm alınan məktubda nüvə
silahına malik olan dövlətlər ilə Avropa-Atlantik bölgəsində, cənub və
Şərqi Asiyadakı müttəfiqlər arasındakı gərginliyin hərbi olaraq səhv
hesablama potensialı daşıdığının yer aldığı vurğulanıb.
Məktubda
“Soyuq müharibə” qalıqlarının hökm sürdüyü, dünyada həddindən artıq
nüvə silahının tez bir zamanda istifadəyə hazır olduğu qeyd olunur.
Mütəxəssislər qaynar savaş bölgələrində böhranlı vəziyyətdən çıxış
yolunu tapmağa qadir olan rəhbərlərin olmamasını və yeni təhlükəsizlik
tədbirlərinin həyata keçirilməsi tövsiyələrini də məktubda diqqətə
çatdırıblar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14325

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031