Nemət Pənahlı ailəsi ilə dəmir arakəsmələr arxasından görüşüb

08.12.2014 - 20:15

Qobustan həbsxanasında cəza çəkən
siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.
Məhbusun həyat yoldaşı Həcər Pənahlı “Media forum” saytına açıqlamasında
deyib ki, görüş dekabrın 7-də olub: “Uşaqları da özümlə aparmışdım.
Neməti heç yaxşı görmədim. Əlləri o qədər şişib ki, heç nə tuta
bilmir…
Əvvəllər açıq görüş verirdilər. İndi Neməti dəmir arakəsmələrin
arxasından buraxmadılar. Bilsəydim uşaqları görüşə aparmazdım. Bu
vəziyyət onlara pis təsir edir. Uşaqların ürəyi o qədər qırılıb ki…
Gedəndə Nemətə kitablar aparmışdım. Seyid Yəhya Bakuvinin “Səfa əl
Əsrar” kitabı da vardı. Kitabı həbsxanaya buraxmadılar. İzahat belə oldu
ki, dini kitabdır”.
6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub,
xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il
müddətinə azadlıqdan məhrum edilib.
Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül
simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=14329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728