“Heç vaxt psixoloji problemim olmayıb”
Tural Mustafayev: “Bu həbs
siyasi məsələ deyil, iki insan arasında olan işdir və qəti şəkildə
özümdə günah görmürəm”; “İntihara cəhddən sonra özüm Maştağada
dispanserə müraciət etmişəm və 12 gün orada qalmışam”
səbəb olan Tural Mustafayev “Yeni Müsavat”ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
barədə məlumat verməyiblər. Mən burdayam və heç bir problem yoxdur.
Mən istintaqa təqdim olunmuş sübutlardan birini yaymışam. Həmin
yazışmalar 33 səhifəlikdir və yalnız bir hissəsini paylaşmışam. Burada
söhbət martın 9-dan 16-na qədər baş verən hadisələrin öz əksini
tapmasından gedir.
təqdim olunub. İstintaq yekunlaşandan sonra bütün faktları detalları ilə
paylaşacağam ki, mənə qarşı bu qarayaxmalara son qoyulsun.
durmaqda ittiham edənlər əslində bu hadisəni ictimai rəydə
siyasiləşdirmək istəyirlər. Xədicə İsmayılın həbsi siyasi motivli hadisə
deyil. Sadəcə, iki nəfər arasında baş vermiş olaydır. Ən əsası budur
ki, məni qınayanlar özləri bu hadisələrin canlı şahidlərdir. Onlar
istəmirlər ki, bu hadisələrdə iştirak etsinlər. Bu adamların əksəriyyəti
Xədicə İsmayılın yanında olublar.
nə qədər hərəkətlər edib. Yenə deyirəm ki, istintaq davam edir və mən
geniş açıqlama vermək istəmirəm. Kim məni qınayırsa, onun öz fikridir.
varsa, bu o demək deyil ki, onun həbsi siyasidir. Əgər Xədicənin
həbsinin siyasi əsası olsaydı, daha əvvəl tutardılar. Bundan əvvəl də
saxlanılıb, istintaqa çağrılıb.
hərəkəti düz hesab edirsizmi? Yəni intihara cəhdə görə şikayət edib
xanım jurnalistin həbsinə səbəb olmusuz.
Onu da deyim ki, mənim heç bir psixoloji problem yox idi. Sadəcə,
depressiv hallar olurdu. Bu da mənə qarşı şiddətli təzyiqlərdən asılı
idi. Bilirsən necədir?
Məsələn, bu gün “Yeni Müsavat”a çoxlu tənqidlər var və qəzetin yazdığı
məqalələri hər dəfə siyasiləşdirirlər. İndi də mənim şikayətimi
siyasiləşdirirlər.
danışmağa dəvət edim. Fikrim varıydı ki, bütün baş verənlərə bağlı
danışaq və bu söhbətə yekun vuraq. Ancaq martın 9-da yazdığı fikirləri
martın 16-da təkrar səsləndirməsindən sonra başqa çıxış yolu yox idi.
Mən məcbur oldum şikayət edim.
deyirəm ki, istintaq yekunlaşsın, geniş bir açıqlama verməyə hazıram.
Sadəcə, bir detalını vurğulaya bilərəm – mənim iş fəaliyyətimin
dayandırılması və mətbuatdan uzaqlaşdırılmağıma göstərişlər verilmişdi.
Mən video jurnalistika ilə məşğul olurdum.
göstərişlərlə videolarımı qəbul etmirdilər. İkincisi, ilkin səbəblərdən
biri məni nişanlımla ayırmalarıdır. Bu gün də nişanlıma təhdidlər
yazılır, müxtəlif sözlər deyilir. Onun “Meydan TV”yə açıqlaması SMS
formasında idi və redaktə olunmuşdu. Sadəcə, istintaq davam edir və hər
şey istintaqın gedişindən sonra gün kimi aydın olacaq.
qalxmısınız, sonra yazırlar ki, maşınınızı yandırmısınız. Bu psixoloji
problemlərə görə olub?
yalandır. Nişanlımı da öldürmək istəyim olmayıb. Mən çox açıqlama vermək
istəmirəm. Sadəcə, bugünkü təzyiqlər bizim ayrılmağımıza səbəb olub.
ailələr oturub danışır və ayrılmağa qərar verirsən. Burada günah
Rövşanədə olub. Əgər qohumları istəməsəydi, gəlib ailə üzvlərimə
deyərdilər ki, nişanı qaytarırıq.
və ayrılmışıq. Bu gün də onun yanında olan şərəfsiz dostları ailə
söhbətlərini, ondan eşidib-bildiklərini tirajlayırlar. Bizim
mübahisələrimiz də bunun üstündə olub ki, onlar bu daxili söhbətləri
yayırlar, facebookda yazırlar. Psixoloji problemlərə gələndə, heç vaxt
psixoloji problemim olmayıb. Ancaq yazırlar ki, alkoqolik olmuşam.
Maştağada dispanserə müraciət etmişəm və 12 gün orada qalmışam. Bunu
dispanserə sorğu göndərib bir jurnalist kimi aydınlaşdıra bilərsiniz.
də bu gün var. Mən o adamlara gülürəm ki, psixoloji problemim olduğunu
yazırlar. Onlar düşünür ki, psixoloji problemim olduğu üçün Xədicənin
üzünə durub onu həbs etdirmişəm.
münasibətə görədirsə, onda şikayəti geri götürə bilməzsiniz? Axı ciddi
araşdırmalar yazan bir xanım jurnalistin həbsinə səbəb olmusunuz?!
götürə də bilərdim. Ancaq bu gün o şərəfsizlərin yazdıqları,
tirajladıqları məsələlərə görə geri götürməyəcəyəm. Bu iş məhkəmədə həll
olunacaq və orada hər şeyi açıqlayacağam.
araşdırmalar maraqlandırmır. Çünki bu həbs siyasi məsələ deyil, iki
nəfər arasında olan işdir. Əslində o araşdırmaları ingilis dilini bilən
və jurnalist olmayan da yaza bilər. Mən istənilən adama xarici saytları
verə bilərəm ki, məqalə hazırlasın, yəni burada Xədicə İsmayılın etdiyi
qeyri-adi heç nə yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=14331