Neft 43 dollara düşə bilər

08.12.2014 - 20:41

Mərkəzi ABŞ-da olan Morgan Stanley sərmayə bankı, neft
qiymətlərindəki enişin 2015-ci ildə davam edəcəyini və barelinin
qiymətinin 43 dollara qədər geriləyə biləcəyi proqnozunu verib.

Morgan Stanleyin hazırladığı hesabatda, Neft İxrac edən Ökələr
Birliyinin (OPEC) istehsal miqdarı üzərində müdaxiləsi olmadan
bazarlardakı risklərin balanssızlaşacağı və neft təklifi çoxluğunun
2015-in ikinci rübündə pik səviyyəyə çatacağı qeyd edilib.

Neft qiymətlərinin 2015-in ilk rübündə 57 dollara qədər düşə biləcəyi
qeyd edilən hesabatda, qiymətlərin ikinci rübdə 43 dollar səviyyəsinə
qədər geriləyəcəyi proqnozu verilib.

Morgan Stanley, ancaq bazarların 2015-ci ilin ikinci yarısında
sabitləşə biləcəyini və buna aşağı olan neft tələbinin artmasının və
ABŞ-dakı neft istehsalının yavaşlamasının təsir göstərəcəyi vurğulanıb.

Hesabatda, gələn ilin üçüncü rübündə neftin barelinin qiymətinin 48
dollar, dördüncü rübündə isə 65 dollar olacağı nəzərdə tutulub.

Hesabatda, neft qiymətlərinin uzun müddət aşağı qalmasının
sərmayələri azaldacağına, bunun isə 2017 və 2018-ci illərdə bazarlarda
daha az neft təklifinə səbəb olacağına diqqət çəkilib. Təklifin
düşməsiylə 2017-ci il üçün neftin barelinin qiymətinin 75 dollar
olacağı, hətta qiymətlərin 115 dollara qədər yüksələ biləcəyi qeyd
edilib.

Hesabatda, 2018-ci il üçün isə qiymətlərin ən aşağı 80, ən yüksək 120 dollar ola biləcəyi qeyd edilib.

OPEC, 27 Noyabrda Viyanada keçirdiyi toplantısında, düşən qiymətlərə
baxmayaraq hasilatın azaldılmasına getməmək qərarı çıxararaq 2015-in ilk
yarısında istehsal kvotasını gündəlik 30 milyon bareldə saxlayacağını
açıqlamışdı. Qərarın ardından, iyundan bu yana ucuzlaşmaqda olan brent
neftinin barelinin qiyməti, keçən həftə son beş ilin ən aşağı səviyyəsi
olan 67,17 dollara qədər gerilədi. /”Marja”

Short URL: http://www.cumhuriyyet.net/?p=14334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728