Azərbaycan daha bir şəhid verdi
Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax
rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən
artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov
Qoşqar Məqsəd oğlu həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, digər
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahvələdov
Eşqin Alı oğlu isə yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb
müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o
həkimlərin nəzarəti altındadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14335