İradə Gülməmmədovanın qardaşı Xırdalanda “at oynadır”: yolu bağlayıb “navastroyka” tikirlər – FOTOLAR

01.04.2020 - 10:00

Son vaxtlar Abşeron rayonunda baş verən qanunsuzluqlar haqda mətbuatda ardıcıl yazılar dərc olunur. Əslində bu rayonda baş verənlər digər rayonlardan fərqlənmir. Amma bəzi məlumatlarda yer alan bir məqam ölkənin yeganə xanım icra başçısı İradə Gülməmmədovanı digər həmkarlarından fərqləndirir. Bu da xanım başçının qardaşının adının dəfələrlə bir çox qalmaqallarda adının hallanmasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təkzib olunmayan bəzi məlumatları diqqətinizə çatdırırıq.
İcra başçısının qardaşı Rövşən Quliyev kimdir?
İlk olaraq onu bildirək ki, İ.Gülməmmədovanın qardaşı Rövşın Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir. Eyni zamanda cumhuriyyet.az R.Quliyevin iş adamı olmasını göstərən bəzi məlumatlar da əldə edib. Məsələn 2005-ci ildə təziz olunan “İRS Mobil” çirkəti ona məxsusdur. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigar-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. 2010-cu ildə qeydiyyata alınan “Nigar-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir.
Bacısı ilə əlbir olub vətəndaşları aldatdı və…
Amma icra başçısının qardaşı yalnız futbol klubu və iş adamı kimi gündəmə gəlməyib. Zaman-zaman Abşeron sakinləri R.Quliyevin öz mənafeyi naminə vətəndaşların hüquqlarını pozması ilə bağlı şikayətçi olublar. Yerli mediada səslənən belə faktlardan biri ilə bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar. Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.
Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.
Xanım başçının qardaşı yolu bağlayıb “navastroyka” tikdirir?
İcra başçısının qardaşı Rövşən Quliyevin adı hallanan son qalmaqal isə daha ilgincdir. Belə ki, cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, R.Quliyev Xirdalan qəsəbəsi H.Əliyev küçəsindən ayrılan dalanı M.Ə.Rəsulzadə küçəsi ilə birləşdirən yolun düz ortasında yeni “novostroyka” tikdirir. Bu tikinti nəticəsində isə yolu bağlayaraq, ancaq insanların keçməyi üçün balaca cığır qoyublar. Heç kimdə danışa bilməz, çünki tikinti başçının qardaşı Rövşən Quliyevin himayə və şərikliyindədir. Qalmaqallı bunaya da Xırdalanda “icranın binası” deyirlər. Ətarafında dövlət müəsisələri var, bir tərəfində demək olar ki, bitişik 2 mərtəbə bina o biri tərəfində isə Veteran və qazi təşkilatlarının yerləşdiyi 1 mərtəbəli evlər çıxışdırılıb. Bu bina isə heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən tikilir. Ərazidə yaşayan bir sakinin dediklərini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Bu yolun hələ adı yoxdur, “Vedili” kafesindən düz gedsən aşağıda 3 “novostroyka” var və dalan qurtarır. Burdan isə sağa dönüb çıxırdın Rəsulzadə küçəsinə. Çıxırdın, indi çıxa bilməzsən, çünki düz yolun ortasında bina tikirlər. Bütün qanunlara tüpürərək. Heç kimdədə qorxmurlar, heç kimidə saya salmırlar. Biz öz həyətimizdə 1 daş qoysaq o dəqiqə başımızın üstünü kəsdirirlər, amma özləri dövlətin torağında yerləşən xalqın yolunu kəsib bina tikirlər heç “uf” da demirlər. Bütün bu tikinti qanunsuzluqlarına başçının qardaşı Rövşən rəhbərlik edir!Bir iki dəfə gəlib bura, deyilənə görə ya özü tikir yada şərikdir.. Belədə bu boyda qanunsuzluq onların barmağı olmasa olada bilməz axı…
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143350

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031