Türkiyə istehsalı olan avtobuslar 150 MİN AVRO?
yeni avtobus gətirilib. APA TV-nin xəbərinə görə, Türkiyədə istehsal
olunan avtobuslar bir neçə xüsusiyyətə malikdir.
Bu avtobusun özəlliklərindən biri budur ki, sağlamlıq imkanları
məhdud olan şəxslər üçün imkanlar yaradılıb. Belə ki, avtobus hər dəfə
dayananda aşağı enir və sakinlər rahatlıqla avtobusa minirlər.
Nəqliyyat vasitəsinin daha bir özəlliyi odur ki, burada sağlamlıq
imkanı məhdud olan insanlar üçün ayrıca oturacaqlar hazırlanıb. Həmçinin
yaşlılar, uşaqlar və ev heyvanları üçün də oturacaqlar var.
Avtobusun “qara qutu”su da mövcuddur. Həmçinin sürücünün sürət həddini keçməsini qeyd edən cihaz da quraşdırılıb.
Təhlükəsizliyə nəzarət etmək üçün burda 4 kamera quraşdırılıb.
Onlardan biri sürücüyə nəzarət edir, salonda quraşdırılan 4 kamera
sərnişinləri, biri isə qarşı tərəfi müşahidə edir.
Hələlik avtobuslar 65 nömrəli marşrut xətti üzrə 9-cu mikrorayondan
“Azneft” meydanı istiqamətində hərəkət edəcək: “Avtobusda görüntülü və
səsli kamera var. Kondisioner və istilik sistemi var, şüşələri isə günəş
şüalarını içəri buraxmır. Ekoloji cəhətdən sərfəli olan bu avtobus
“Avro-5″ standartına uyğundur. Avtobuslar qapısı bağlanmadan hərəkət
etmir”.
Üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.
Qalan 150 avtobus isə 2015-ci ildə ölkəyə gətiriləcək. Ümumilikdə
Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.(APA TV)
Bu xəbərdə ən diqqət çəkən məqam Türkiyə istehsalı olan avtobusun həddən artıq baha qiymətə – 150 min avroya alınmasıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14338