İçdiyimiz çaylar rənglənmiş ot-ələfdir

09.12.2014 - 11:38

Bu gün toxunmaq istədiyimiz problem “min bir dərdin dərmanı”
dediyimiz, adına mahnılar qoşulan çaydır. Əvvəllər başağrısına qarşı
ağrıkəsici kimi istifadə etdiyimiz çay indi içdikcə təzyiq qaldırmaqdan
başqa, bir işə yaramır.

Gün ərzində bir neçə saat ac qalsaq belə, çaysız keçinmək olmur.
Çünki çay gündəlik qida rasionumuza daxil olan əsas içkidir. Kimi
dindirirsən “içdiyimiz kraska”dır deyir. Dediklərində də əsas da var.
Birincisi əsl dəmlənmə müddəti 15 dəqiqədən az olmayan çayın üstünə
soyuq su tökəndə belə, qaralmağa başalayır. İkinci əsas məsələ isə çayın
dəmlənməsindən bir neçə saat sonra anlaşılmaz, lilli rəng almasıdır.

Əslində dünya bazarında çay bahalı məhsullardan hesab olunur. Elə
çayın vətəni sayılan Lənkəranın özündə də belədir. Amma maraqlıdır ki,
dükanlarımızda 100 qramı 1 manata satılan, “ətrindən doyulmayan” çaylar
piştaxtaları doldurub. Bu çayların tərkibi, keyfiyyəti, onu içməyin
təminatlı olması haqda indiyə kimi heç kəs ürəklə açıqlama verməyib.
Əksəriyyət içdiyimiz çayın rənglənmiş ot-ələf olduğu qənaətindədir.

Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Modern.az-a
açıqlamasında bu qəbildən olan şikayətlərlə tez-tez rastlaşdıqlarını
vurğulayıb:

“Çayın keyfiyyətinin aşağı olmasıyla bağlı Azad İstehlakçılar
Birliyinə tez-tez şikayətlər daxil olur. Bunu ilk növbədə soyuq suya
salınan çayın qaralmasısı ilə əlaqələndirirlər.

Birliyimizin apardığı tədqiqtalardan bəlli olub ki, Lənkəran çayı
istisna edilməklə Azərbaycanda bəh-bəhlə alıb içdiyimiz brend çaylar
burada sadəcə bükülüb, qutulaşdırılır”.

O, qeyd edib ki, bu məsələni dərindən arşdırmağa çalışsalar da,
lazımi nəticələr əldə olunmayıb: “Çünki, fortifikasiya prosesi ölkədən
kənarda həyata keçirilir. Yəni çaylara xüsusi maddələrin, qatqıların,
dadlandırıcıların, ətriyyatların, rəngin vurulması məhsulun yığıldığı
yerdə tətbiq edilir, ölkəmizdə isə sadəcə qablaşdırılır”.

Bundan əlavə, paket çay adı altında satışa buraxılan kompaktlığı ilə
rahatlıq yaradan çayların da insan orqanizminə ziyanı haqda danışılır,
amma onlardan da imtina edə bilmirik. Mütəxəssislər deyir ki,
paketlənmiş birdəfəlik çayların tərkibində müəyyən zərərli maddələr də
də var.

AİB sədri Eyyub Hüseynov da birmənalı şəkildə əhalini birdəfəlik
istifadə üçün paket çaylardan imtina etməyə çağırıb: “Vətəndaşlarımız
paket çaylardan imtina etsələr, daha yaxşı olar.

“Bəzi istehsalçılar paket çay istehsalında daha az maddi vəsait
xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil,
sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz
zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi
zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların
arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun
uzun yarpaqlarından yığılanlardır. Eyni zamanda əhaliyə yaşıl çaylardan
istifadəni daha çox tövsiyə edərdim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14345

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930