Həbsxanada qiyam

09.12.2014 - 11:58

Bu gecə 01:30-da Rusiyanın Çelyabinsk şəhərində 1 saylı istintaq
təcridxanasında qiyam baş verib. Etirazlarda 100-dən çox məhbus iştiak edib.

Hadisəyə təcridxana nəzarətçilərinin məhbuslarla insanlıqdan kənar hərəkətlər etməsi səbəb olub.

Belə ki, gecə saatlarında təcridxanada kameraların birində yatan
məhbusun üzərindən mobil telefon aşkar olunub. Nəzarətçilər məhbusu
kameradan çıxarıb cəza otağına aparmaq istəyiblər. Məhbus buna etiraz
edib və kameradan çıxmaq istəməyib. Otaq yoldaşları da ona dəstək
veriblər. Nəticədə səs-küy yaranıb.

Sonradan onlara digər məhbuslar da qatılıb. Onlar dəmir qablarla
barmaqlıqları vurub, fit çalıb, qışqıraraq özlərinə xəsarət yetirməyə
başlayıblar. Məhbuslar təcridxanada hökm sürən qəddarlığa etiraz
ediblər.

Hadisə nəticəsində 10-a yaxın məhbus ağır yaralanıb. Təcridxana
rəsmilərinin verdikləri məlumata görə, məhbuslara heç bir təzyiq
göstərilməyib.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728