ABŞ-ın gizli istintaqlarına dair şokedici hesabat

09.12.2014 - 12:14

11 sentyabr hadisələrindən sonra  MKİ- nin  (Mərkəzi Kəşfiyyat
İdarəsi)  terrorda “şübhəli”  bilinənlərə qarşı tətbiq etdiyi işgəncələr
haqda hesabat dərc olunub. 
Hesabatın ictimaiyyətə açıqlanması Vaşinqtonu reaksiya
verməyə məcbur edib. ABŞ-ın xarici səfliklərinin hamısında təhlükəsizlik
tədbirləri artırılıb. Hesabatda  MKİ -nin gizli istintaqlarına dair şok
faktların üzə çıxdığı bildirilir.
Senatın
Kəşfiyyat Komitəsinin sədri Demokrat Diana Feynşteynin sabah
açıqlayacağı hesabatda Mərkəzi Kəşfiyyat İdarəsinin haqda daha əvvəl heç
eşidilməmiş şok məlumatların açıqlanacağı iddiası var.
Hesabatı
görən amerikalı rəsmilər MKİ-nin Avropa və Asiyadakı  gizli
həbsxanalarında terrorda “şübhəli” bilinən şəxslərə qarşı hansı
işgəncələrin tətbiq edildiyi haqda məlumat veriblər. Bunların arasında
məhbusu yuxusuz qoyma, kiçik məkanlarda həbsdə tutmaq, cinsi yolla
alçaltma, “waterboarding” adı verilən suda boğmaq yolu ilə işgəncə
metodları yer alır. 
Gizli saxlanılan 6
min səhifəlik işdən hazırlanan 480 səhifəlik hesabat  MKİ-nin işgəncə
metodlarının nə qədər effektli olduğunun da cavabını istəyir. CBS-in
yaydığı xəbərə görə, “hüquqi icazə” verilmiş deyilən işgəncə
tətbiqetmələri ilə bağlı sənədləri Ağ Ev, Ədliyyə Nazirliyi, Konqresin
bəzi nümayəndələri də imzalayıb. Hesabat bu sübutları da əks etdirir.
11
sentyabr hadisələrindən sonra  MKİ  və Corc Buş hakimiyyəti qapalı
həbsxanalarda tətbiq olunan istintaq metodlarına görə kəskin tənqid
edilmişdi. Bu metodlarla bağlı detallı məlumatlar ilk dəfə ictimaiyyətlə
paylaşılacaq. 
                                     
“İŞİD-ə propaqanda materialı verirsiz”
Hesabatın
bu həftə çap olunmasına Respublikaçılar partiyası başda olmaqla, bir
çox siyasi dairə qarşı çıxır. Nümayəndələr palatasının Kəşfiyyat
Komitəsinin sədri Respublikaçı Mayk Rocers ABŞ telenkanallarına verdiyi
müsahibədə bu hesabatın ölkə xaricində Amerikaya qarşı şiddət və ölüm
hallarını arta biləcəyini iddia edib. 
Hesabatın
İŞİD kimi qruplaşmalara  təbliğat materialı verəcəyini və dünya
miqyasında amerikalıların həyatına təhlükə yarada biləcəyini deyən
Rocers, hesabatın radikallar tərəfindən qətllərə fitva verilməsində
istifadə olunacağı haqda xəbərdarlıq edib.  
Rocers
bu məsələdə Amerikanın xarici müttəfiqlərinin də narahat olduğunu
bildirib. O, ABŞ kəşfiyyat orqanlarının xəbərdarlığı əsasında hesabatın
oxunmasının təxirə salınmasını istəyib. 
Corc Buşun ikinci
prezidentliyi dövründə, 2006-2009-cu illərdə  MKİ  sədri olan Maykl
Hayden CBS kanalına verdiyi müsahibədə hesabatın açıqlanmasının dünyanın
başqa ölkələrində yaşayan amerikalıların və ABŞ bazalarının hədəf
halına gələcəyi haqda xəbərdarlıq edib. Bundan olduqca narahatdırlar.
Hayden digər ölkələrlə terrorla mübarizə və kəşfiyyat məlumatlarının
mübadiləsi məsələsində də problemlər yarana biləcəyini deyib.
                                     
Hakimiyyətin baxışı necədir?
Obama
hakimiyyətin hesabatın açıqlanmasını dəstəkləyir, ancaq hesabatın
açıqlanması zamanının düzgün olub-olmaması haqda şübhələrin olduğu
işarələri də verir.
ABŞ dövlət katibi
Con Kerri cümə günü Senatın Kəşfiyyat Komitəsi sədri Feynşteynə zəng
edərək, hesabatın açıqlanmasını “gözdən keçirməyə” çağırmışdı. Ancaq
hakim dairələr hesabatın ictimaiyyətlə paylaşılmasını dəstəkləyirlər.
 Obama avqust ayəndan mətbuat açıqlamasında “Bəzi insanlara işgəncə
verdik. Dəyərlərimizə qarşı gələn bəzi şeylər etdik” deyərək,  MKİ-nin
keçmişdə tətbiq etdiyi işgəncələri etiraf etmişdi. 
Konqresin
bir nümayəndəsi Assoşeyted Presə verdiyi açıqlamada, hesabatın aprel
ayından bu yana müzakirə edildiyini, Obamanın buna razılıq verdiyini
bildirib.(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=14350

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728