Prezident Ərdoğanın 100 günü

09.12.2014 - 13:03

 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu vəzifədə 100-cü gününü başa vurdu.

ANS
PRESS-in məlumatına görə, “Yatan yox, tərləyən prezident olacağam” –
deyən Ərdoğan artıq bu sözünü tutmağa başlayıb. Belə ki, Ərdoğan ilk 3
ayda Türkiyənin sabiq prezidentlərini kölgədə qoymağa başlayıb.

Rəcəb Tayyib Ərdoğan 100 gün ərzində 14 dəfə xarici ölkələrə səfər edib.

Sabiq
prezidentlərdən Süleyman Dəmirəl 7 il ərzində 57 ölkəyə 125, Turqut
Özal vəzifəsi müddətində 29 ölkəyə 40, Kənan Evren 7 ildə 23 ölkəyə 32
dəfə səfər edib.

10-cu prezident Əhməd Necdət Səzər isə 7 il ərzində sadəcə 48 xarici səfərdə olub.

Bu
istiqamətdə rekord indilik 11-ci prezident Abdullah Güldədir. Abdullah
Gül prezident olduğu dövrdə 84 ölkəyə 110 dəfə səfər edib.

Ərdoğanın 3 ayda xarici səfərlər istiqamətində nümayiş etdirdiyi rəqəmlər isə ona rekokr qazandıracaq kimidir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728