Həbsdəki azərbaycanlı oliqarx: “Məni öldürmək istəyirlər”

09.12.2014 - 13:06

“Mənim həyatım təhlükədədir və tibbi yardım ala bilmirəm”.

 

Bu sözlər bir müddət öncə həbs olunmuş azərbaycanlı milyarder
Akif Sayadovun İctimai Nəzarət Komissiyasının üzvü Mixail Plyusninuya
ünvanlandığı məktubda yer alıb.

 

O, hər gün vəziyyətinin daha da pisləşdiyini bildirib. Sayadov həmçinin
müstəntiqlərin onun əlindən dərmanlarını aldığını deyib:

 

“Bununla da məndən fiziki şəkildə canlarını qurtarmaq istəyirlər. Çox xahiş
edirəm ki, məni bu özbaşınalıqdan xilas edəsiniz. Yoxsa bir azdan mənim
həyatımı xilas etmək mümkün olmayacaq”.

 

Oliqarx müstəntiqlərin niyə ondan canını qurtarmaq istədiklərinin səbəbini
məktubunda açıqlamayıb.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs
olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə
dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi
Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O,
həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl,
həmçinin müxtəlif şirkətlərlə “Uxtaneftqazgeologiya”nın bağladığı müqavilələri
yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi
üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları
baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb.
Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin
yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda
çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş
direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə
“Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik
etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının
Dövlət Şurasının deputatı seçilib.

Həbsdəki azərbaycanlı oliqarx: "Məni öldürmək istəyirlər"
Həbsdəki azərbaycanlı oliqarx: "Məni öldürmək istəyirlər"

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728