Sarkisyanın sirli gecəsi
parlamentinə gəlməsi Serj Sarkisyanın 10 ay qabaq işlətdiyi bir ifadəni
gündəmə gətirib.
Ermənistan prezidenti bu il yanvarın 31-də
Praqada erməni icması ilə görüşən zaman Gömrük İttifaqına girmək
qərarını bir gecədə verdiyini söyləmişdi. Praqa erməniləri “Niyə qərarı
verərkən erməni xalqının fikrin öyrənmədiniz?” deyə verdiyi suala cavab
olaraq Sarkisyan bildirmişdi: “Mən bir gecədə sizin hamınızın fikrini
öyrənə bilməzdim ki…”.
Erməni jurnalistləri bunun nə gecə olduğu barədə Ara Abramyana sual
verdikdə o bildirib: “Mənim bu bəyanatdan xəbərim yoxdur. Bu
qeyri-mümkündür. Mən bu prosesdə iştirak etmişəm, məsələ bir ildən çox
müzakirə edilib”.
Bu məsələyə məqalə həsr edən erəməni qazeti “Joxovurd” yazır: “Abramyan
Sarkisyanın günahını göstərdi, faktiki olaraq onun yalançı olduğunu
sübut etdi. Ən azından o beynəlxalq münasibətlər üçün əlverişsiz
tərəfdaşdır. Avropa inteqrasiyası istiqamətində üç il danışıqlar aparıb,
real addımlar atan Sarkisyan birdən birə Avrasiya İtitfaqına girmək
barədə vəd verib”.
Erməni mətbuatı, əslində, bir faktı etiraf etməkdə çətinlik çəkir –
Sarkisyan doğrudan da Avrasiya İttifaqına girmək barədə qərarı bir
gecədə verib. Sadəcə, onu bu qərarı verməyə Moskva məcbur edib.
Ermənistan, əslində, bu məsələdə “aldım-aldatdım” oyunu qurmuşdu.
SSRİ-nin dağılmasından hələ 3 il qabaq – 1988-1989-cu illərdə Moskvanın
yardımı ilə ordu quraraq Qarabağı ələ keçirdikdən sonra ruslara ataraq
Avropa Birliyinə üz tutmaq istəyirdi. Amma Moskva ona bu addımın
Ermənistanın dövlət müstəqilliyi üçün çox təhlükəli ola biləcəyini
söyləyib. Hər halda, 2017-ci ildə İrəvan və Göyçənin Ermənistana icarəyə
verilməsi üzrə 99 illik müqavilənin müddəti bitir. Azərbaycan
beynəlxalq hüquq əsasında şəhəri geri istəyə bilər və Rusiyanın köməyi
olmasa, bu, Ermənistan üçün böyük məğlubiyyət ilə nəticələnə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14364