Angela Merkeldən türklərə böyük jest…

09.12.2014 - 14:56

Almaniyanın Offenbach əyalətində məruz qaldığı hücumdan sonra vəfat edən Tuğçə Albayrağın adı yeni tikilən körpüyə veriləcək.
Arqument.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir
Angela Merkelin rəhbəri olduğu Xristian Demokrat Birliyi Partiyasının
(CDU) təklifinə görə, məsələ cümə axşamı Almaniya Bundestaqında
müzakirəyə çıxarılacaq. 
CDU-nun bununla bağlı verdiyi açıqlamada bildirilir: “Tuğçə
Albayraq çətin vəziyyətdə olan insanlara kömək edərək nümunəvi bir
cəsarət və insanlıq göstərdi”.
Tuğçənin əmisi Murad C.-də “Bild” qəzetinə verdiyi açıqlamada bunu
yüksək qarışladıqlarını bildirib: “Əgər bir körpüyə Tuğçənin adı
verilirsə, ailəsi çox sevinəcək və qızı ilə fəxr edəcək”. 
Tuğçənin adının veriləcəyi körpünün inşaatı hazırda Ren çayının üzərində davam etdirilir. 
Qeyd edək ki, noyabrın 15-də 23 yaşlı Tuğçə Albayraq Almaniyanın
Offenbach şəhərində, bir restoranda təcavüzə məruz qalan iki gənc qızı
qorumaq istəyərkən ağır yaralanaraq həyatını itirib. 
Tuğçe Albayrakın restoranın avtomobil dayanacağında məruz qaldığı
təcavüzün təhlükəsizlik kamerası görüntüləri də mətbutda yayımlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728