20 keçmiş məmur həbs olundu

09.12.2014 - 15:03

İranda keçmiş prezident Əhmədinejadın 20 məmuru həbs olundu
İranın sabiq prezidenti Mahmud
Əhmədinejadın vaxtında baş verən korrupsiya hallarının araşdırılması ilə
bağlı 20 nəfər saxlanılıb. 
Avropa.info-nun xarici
mətbuata istinadən verdiyi xəbərdə bildirilir ki,  İranın kəşfiyyat
idarəsinin rəhbəri Mahmud Ələvi Əhmədinejadın dövründə baş verən
korrupsiya halları ilə bağlı aralarında əvvəlki hökumətin yüksək
vəzifəli şəxslərinin də olduğu 20 nəfərin saxlanıldığını açıqlayıb. 
Onun
sözlərinə görə bundan başqa 30 nəfər də ifadə vermək üçün aidiyyatı
orqanlara çağırılıb. O həmçinin saxlanılan 20 nəfərdən 3-nün artıq həbs
olunduğunu bildirib. 
Ələvi saxlanılanların kimliyi barəsində
açıqlama verməsə də araşdırmanın davam etdiyini, araşdırmanın
nəticələrinin daha sonra mətbuata açıqlanacağını söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728