Azərbaycana yağ gətirən Yeni Zelandiya gəmiləri harda yoxa çıxıb?
süddən hazırlanan başqa yağların idxal həcmi $19 mln 715,9 min təşkil
edib. Bunun $16 mln 23,7 mini və ya 81,2%-i Yeni Zelandiya inəklərinin
payına düşür.
məlumatları Vellinqtonun (http://www.stats.govt.nz/infoshare) statistik
məlumatlarından kəskin fərqlənir.
məlumatına görə, bu dövrdə Azərbaycan 85 mln 47,6 min Yeni Zelandiya
dolları (YZ dollarının ABŞ dollarına nisbətdə məzənnəsi 7 dekabr üçün
0,771-ə 1-dir) məbləğində yağ alıb.
DGK-ya görə, 2014-cü ilin 3 rübündə 6 min 262,9 ton Yeni Zelandiya yağı
idxal edilib. Bu ölkənin statistika qurumu Azərbaycana kərə yağı ixracı
barədə məlumat vermir, amma məlumat bazasında bu dövrdə pul ifadəsində
$65,6 mln-luq ixracat barədə məlumat var. Bu isə Azərbaycan gömrük
statistikasının məlumatından $49,5 mln və ya 4 dəfə çoxdur.
ilin yanvar-sentyabrında Yeni Zelandiyadan idxalın 99,8%-i kərə yağı və
süddən hazırlanan başqa yağların payına düşür. Oktyabrda deyilən
məhsulların idxal həcmi 8,26 mln NZD olub.
görə, 2013-cü ildə kərə yağı və süddən hazırlanan başqa yağların ümumi
idxal həcmi 8 min 367, bəyannamə qiyməti $21 mln 313,7 min olub. Bunun 5
783,5 tonu ($15 168,6 min) və ya 69,1%-i Yeni Zelandiyanın payına
düşür. Yeni Zelandiya yağının 1 tonu $2622-a bəyan edilib. Yerli bazarda
bu malın 1 kq-ı 6,5 manat və ya $8-dır. İdxal edilən 1 ton kərə yağı
Ermənistana (4749 ton) 2013-cü ildə $4233,5-a başa gəlib.
ki, DSK-da da gömrük məlumatının adekvat olmadığının fərqindədirlər.
Əvvəllər bildirmişdik ki, istehlak balansı hazırlananda Baytarlıq
Xidmətinin məlumatı nəzərə alınıb. Ona görə gömrüyün gizlədiyi başqa
yerdə üzə çıxır. Kənd Təsərrüfatı Nazirliyi DBX-nin məlumatına əsasən,
2013-cü ildə kərə yağı idxalının həcmi 21 644 ton olub.
statistikaya görə, fiziki şəxs və ev təsərrüfatlarının 21,9 min ton
kərə yağı istehsal etdiyini bildirir. Həmin mənbəyə əsaslansaq, kərə
yağının sənaye istehsalı cəmi 1,7% təşkil edir. Ya da Bakı, Abşeron,
Biləsuvar, Bərdə, İsmayıllı, Lənkəranda istehsal göstəriciləri vergidən
gizlədilir. 2013-cü ildə yerli şirkətlərin kərə yağı istehsalı
göstəriciləri 376,5 ton olub. Bu, 2012-ci ildəkindən (499,3 ton) 24,6%
azdır.
ərzağın strukturuna yenidən baxıb və ildə 1 nəfər 7 kq kərə yağın
kifayət etdiyi barədə qərar verib. 2009-cu ildən bu göstərici 8 kq idi.
Hətta bu normada ildə Azərbaycanda bu məhsulun istehlakı həcmi 66 min
tondan çox olmalıdır. Çatmayan 20 min tonun necə gizlədildiyi məlum
deyil (“Turan”).
Short URL: http://www.cumhuriyyet.net/?p=14370