Yol polisi ona qarşı aqressiyanın artmasından narahatdır

09.12.2014 - 16:13

Bu il yanvarın 1-dən dekabrın 6-dək
Bakıda polisin qanuni tələbinin yerinə yetirilməməsinə və tabe olmamaya
görə 3719 sürücü məsuliyyətə cəlb edilib.
Bunu
“Trend”-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi (DİN) Bakı
Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif
Əsədov deyib.
V.Əsədov bildirib ki, bu müddət
ərzində paytaxtda avtoxuliqanlıq və polisin qanuni əmrinə tabe olmama
hallarının artması böyük narahatlıq doğurur: “Bu isə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 181 avtoxuliqanlıq faktının çox olması deməkdir.
Təkcə noyabrın 29-dan dekabrın 6-dək yol polisi əməkdaşları tərəfindən
paytaxtda keçirilən reydlər zamanı 22 avtoxuliqanlıq faktı aşkar edilib.
Həm avtoxuliqanlıq, həm də polisin qanuni əmrinə tabe olmama
faktlarının artması ümumilikdə narahatlıq doğurur. Lakin hamı bilməlidir
ki, hər kəs hansı qanun pozuntusuna yol verməsindən asılı olmayaraq,
müvafiq cəzasını alacaq”.
Bölmə rəisi qeyd edib
ki, ümumiyyətlə, bu il ərzində paytaxt üzrə təhlükəsizliyin təmin
edilməsi məqsədilə 708 085 inzibati protokol tərtib edilib. Bunlardan
9450-si avtomobilin sərxoş halda idarə edilməsinə, 3068-i qəza şəraiti
yaratdıqlarına, 168-i dəmiryol ilə kəsişən hissədən keçdiklərinə, 10
743-ü işıqforun qırmızı işığında keçdiklərinə, 1758-i sürət həddinin
aşılmasına, 567-si avtomobili dövlət nömrə nişanı olmadan idarə
etdiklərinə, 2571-i sərnişindaşıma qaydalarının pozulmasına, 8380-i
ötmə, manevretmə qaydalarının pozulmasına, 11 840-ı yolayrıcını keçmə
qaydalarının pozulmasına, 3709-u nəqliyyat vasitəsinin müvafiq sənədlər
olmadan idarə edilməsinə, 3855-i isə avtomobilin pərdə və plyonkalı
idarə edilməsinə görə tərtib edilib.
Hesabat dövründə yol hərəkəti qaydalarını pozan 132 754 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Digər qayda pozuntularına görə isə 356 425 halda inzibati protokol tərtib edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728