Mühacir ailələrinə qarşı təzyiqlər davam edir

13.02.2020 - 17:57

Avropa demokratik təsisatlarının ölkədə mövcud olan insan hüquq və azadlıqları sahəsində dözülməz vəziyyətlə bağlı çağırışlarına, qəbul edilən qətnamələrə baxmayaraq hakimiyyət orqanlarının demokratik düşərgənin nümayəndələrinə qarşı sistemli diskriminasiya siyasətini davam etməkdədir. Bu təzyiq ,təqib və həbslərdən yaxa qurtarmaq üçün yüzlərlə ölkə vətəndaşı ölkədən didərgin düşərək Qərb və Avropa ölkələrində mühacir həyatı yaşamaq məcburiyyətində qalmışlar. Hazırda mühacir həyatı yaşayan Çingiz Mustafayevin ailəsinə qarşı təhdid və təzyiqlər ara vermir. Belə ki, ölkəni tərk etməsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq ailəyə təzyiqlər davam etməkdədir. “Cüzdan Azerbaycan” adlı feysbuk səhifesində kəskin yazılarına və müxalif düşərgənin təşkil etdiyi kütləvi aksiyalarda aktiv iştirakına görə təqib və işgəncələrə məruz qalan fəal hal-hazırda xaricdə mühacir həyatı yaşamaq məbcuriyyətindədir. Davamlı olaraq naməlum nömrələrdən edilən zənglər vasitəsilə ailədən onun harada olduğu soruşulur, əsassız olaraq polis bölmələrinə çağırılır,qanunsuz olaraq hüquq-mühafizə orqanlarıyla görüşmək tələbi ilə zənglər edilir və çağırışlar göndərilir. Bütün bu qanunsuzluqlar haqqında aidiyyəti orqanlara edilən müraciətlərə və göndərilən məktublara isə ya cavab verilmir, ya da bütün bu qanunsuzluqlara hüquqi don geyindirilir. Xatırladaq ki, 05 May 2017-ci ildə Çingiz Mustafayev haqqında qaldırılan cinayət işindən yayındığı səbəbi əsas gətirilərək barəsində axtarış elan edilmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143747

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31