Xədicənin anası: “Bu, böyük yalandır”

09.12.2014 - 16:43

Məhbus jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova “Azadlıq” radiosuna danışıb.Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

– Elmira xanım, 4 gün ərzində Xədicə ilə görüşmək, danışmaq imkanınız olubmu?

Yox, görüşmək imkanımız olmayıb. Bircə dekabrın 9-da zəng edib. Səsini
eşidib çox sevinmişəm. Deyir yaxşıyam, pis deyiləm. O da məndən
narahatdır, deyir ki, özündən muğayat ol.
– Ona yemək çatdırmaqda probleminiz yaranıb…

Hə, hər gün yemək aparırıq, almırlar, deyirlər yalnız həftədə bir dəfə
gətirə bilərsiz. Qaldı bir də bazar gününə. İndi bilmirəm uşağım orda ac
qalacaq, ac qalmayacaq.
– Bununla bağlı Penitensiar Xidmətə müraciətiniz olubmu?
– Yox, olmayıb.

Xədicə əməliyyat (mədəsindən – red.) olunub. Ona həftədə yalnız bir
dəfə yemək çatdırılması səhhətində hər hansı problem yarada bilərmi?

Səhhəti üçün təhlükəlidir. O, hər gün protein qəbul etməli, ət
yeməlidir. İmkan vermirlər hər gün lazım olanı aparaq, geri qaytarırlar.
Çox narahatam buna görə.
– Xədicənin məhz belə bir ittihamla həbs olunacağı gözlənilən idimi?

Yox, mən gözləmirdim. Bu, böyük yalandır. Bunu hamı bilir. Özü də heç
gözləmirdi. Onu vətən xaini elan etmək istəyirdilər, alınmadı, ona görə
bu adamı (Tural Mustafayevi nəzərdə tutur – red.) üzə durdurdular.
– Bundan sonra gözləntiləriniz nədir?
– Mən bu hökumətdən hər şey gözləyirəm. Mənə elə gəlir ki, Xədicə bu maddə ilə məhkəməyə getməyəcək. Çünki bu absurddur.
– Bəs, sizcə, yeni ittiham irəli sürə bilərlər?
– Mənə elə gəlir ki, tapsaydılar, çoxdan edərdilər. Bir şey ki yoxdur, onu necə edə bilərlər?
– Siz tərəfdən hansı addımlar olacaq?
– Müdafiəçimiz əlindən gələni edir. Görək nə olur.
Bakı
İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa
istintaq və məhkəmə işləri də var. Bu il fevralın 17-də Xədicə İsmayıl
“Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti
fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in
müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist
materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin
2011-ci ildə ötürdüyünü deyir. 
Sözügedən
materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə
İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma)
maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə
İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.
Xədicə
İsmayıl fevralın 17-də “Feysbuk”da yaydığı materiala görə məhkəməyə də
çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib.
Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində
Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Feysbuk”da yaydığı
materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və
ləyaqətini təhqir edib, ona böhtan atıb. 
Elman
Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə
məsuliyyətə cəlb olunmasını istəyib. Oktyabrın 9-da Binəqədi Rayon
Məhkəməsində bu iddia ilə proses başlanıb. Proses hələ yekunlaşmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728