Hər an müharibə ola bilər

09.12.2014 - 18:11

“Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur”.
Bunu hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistan ordusunda baş verən hadisələrə ictimai narazılığın artmasına münasibət bildirərkən deyib. 
Politoloq xidmət müddəti başa çatmasına baxmayaraq, əsgərlərin ehtiyata buraxılmamasının pərdə arxasından danışıb:
“Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik”.
Xatırladaq ki, Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Erməni ekspertlər isə bunu ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728